Sosial
Siyasi plüralizmin Azərbaycan modeli dünya üçün örnəkdi
Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratiyanın inkişaf etdirilməsi, onun tələb etdiyi prinsiplərin qorunması, təmin edilməsi istiqamətində zəruri addımlar atır, onu başlıca prioritet hesab edir. Hər kəsə məlumdur ki, demokratiyanın başlıca prinsipləri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunmasıdır. Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edildiyini mübaliğəsiz şəkildə söyləmək mümkündür. Bu gün ölkədə yüzlərlə gündəlik və həftəlik qəzetlərin işıq üzü görməsi, istər paytaxt, istərsə də regionlarda müstəqil televiziya kanallarının fəaliyyət göstərəməsi, dövlətin, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinə, onların azad və müstəqil şəkildə fəaliyyətinə göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı məqsədilə ayrılan dövlət vəsaiti belə deməyə əsas verir.
Ağstafada zona müşavirəsi keçirilib
İyunun 20-də Ağstafa rayonunda zona müşavirəsi keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar2a verilən məlumata görə, müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlıqda intensiv metodların tətbiqi və damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi və bu sahədə aparılan işlər barədə ətraflı məlumat verib.
Zakir Qaralov Lənkaranda 5 rayonun sakinlərini qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyunun 30-da saat 10:00-da Lənkəran şəhər prokurorluğunun inzibati binasında Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Məleykə Əsədovaya ev verən məşhur məmur: "Mən ondan çox ləzzət alıram"
"Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə o mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram".
Mövsümdən əvvəl yetişən qarpız ziyanlıdırmı?
Hələ iyun ayı olmasına baxmayaraq, artıq Bakı bazarlarında qarpız satılır və məhsul kifayət qədər boldur. Satıcıların yerli mal olduğunu dediyi qarpızın hansı şəraitdə yetişdirilməsi ilə yanaşı, insan orqanizminə nə dərəcədə faydalı və ya ziyanlı olması sualı da ortaya çıxır.
Daha 3 avtobusun hərəkət seximi dəyişdi
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Bakı Nəqliyyat Agentliyinin xüsusi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, nəticədə, hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib. Nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədi ilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar 24.06.2017 tarixindən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğur qazanıb
İyunun 17-dən 21-dək Türkiyənin İzmir şəhərində İnformatika üzrə (YSK İnternational Olympiad in Informatics 2017) Beynəlxalq Olimpiada keçirilib. Olimpiadada Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və Makedoniyadan ibarət məktəblilər iştirak edib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanı təmsil edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Abutalıb Namazov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ələkbər Əskərov gümüş medala, X sinif şagirdi Ziya Muxtarov və Bakı şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafael Saddatimov bürünc medala layiq görülüblər.
Cocuq Mərcanlıda bələdiyyə formalaşdırıla bilərmi?
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun ciddi səyi nəticəsində Ermənistan Silahlı Qüvvələrindən təmizləndikdən sonra ölkə başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq kənddə bütün sturktur yaradılmaqdadır. Artıq 50 mənzil kənd sakinlərin ixtiyarına verilib.
ƏMDK “ASAN xidmət” vasitəsilə ilə hərraclar keçirəcək
İyunun 20-də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Hansı daha şərəflidir - “dövlətə satılmaq”, yoxsa dövləti satmaq?
Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı başladılan proses və bu müstəvidə hər kəsə bəlli olan meyarlar çərçivəsində kütləvi informasiya vasitələri təmsilçilərinin mənzillə təmin edilməsinin tarixçəsi haqqında yazmayacağam. Bu, hər kəsin gözü qarşısında baş verib. Gözlər isə müxtəlif görmə qabiliyyətinə malikdirlər. Düzü əyri, əyrini düz, yaxud ikisini birində görənlər də var. Təbii ki, hər şey göz sahibinin kimliyindən asılıdır.
Komendantlar sakinlərə hədə-qorxu gəlirlər...
Azərbaycanda çoxmənzilli binaların idarə edilməsinin yeni qayaları müəyyən edilib. Belə ki, prezidentinin təşəbbüsü ilə Mənzil Məcəlləsinə yeni maddə əlavə edilib. Ölkə parlamenti iyunun 13-də Mənzil Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirəyə çıxararaq qəbul edib. Sənədə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanmalıdır. Eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək
Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisinə dair təqdimat tədbiri və mətbuat konfransı keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov 23-25 noyabr tarixlərində baş tutacaq sərginin əhəmiyyətindən danışıb və bildirib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.
“Deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin müzakirəsinə tövsiyyə olunub
İyunun 20-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Müasir toy adətlərimizin mənəvi və fiziki zərbələri
Müstəqillik illərindən sonra deqradasiyaya məruz qalan, öz adət-ənənəsini, hətta milliliyini itirən hallardan biri də toylar oldu. Qərbin, Avropanın “mədəniyyəti”nin toylarıma transfer edilməsi qədimdən gələn toy adətlərimizə öz mıənfi təsirini göstərdi. Hazırda toylarda onun keçirildiyi məkandan tutmuş, orada verilən təamlar, toyu şənləndirən musiqi qruplarına qədər demək olar ki, hər şey Avropalaşıb, milli adət-ənənələr tamamilə yaddan çıxıb.





.jpg)
.jpg)







