Sosial
Bakı metrosunda şıdırğı rəqs - VİDEO
Gənclərin geyimindən məlum olur ki, 11-ci sinif məzunları orta məktəbi bitirməsi münasibəti ilə bayram edir. Uşaqlar ətrafdakı insanlara fikir vermədən rəqs edirlər. Video "son zəng" günü çəkilsə də bu gün sosial şəbəkədə yayılıb.
DİN 5 yaşlı uşağını zəhərləyən ana ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda 5 yaşlı uşağın anası tərəfindən öldürülməsi hadisəsi barədə məlumat yayıb. DİN-dən verilən məlumata görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.
Sosial islahatlar davam etdirilir
İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda komitə sədri Hadi Rəcəbli bildirib ki, gündəliyə “İşsizlikdən sığorta haqqında” Qanun layihəsi (ikinci oxunuş) daxil edilib.
QMİ "Seyid vəsiqəsi" verən qazıya töhmət verib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun "Seyid vəsiqəsi" verməsi faktı ilə bağlı tədbir görülüb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu məsələ Komitə və QMİ tərəfindən birgə araşdırılıb. Onun sözlərinə görə, həmin qazıya töhmət elan olunub, xəbərdarlıq edilib: "QMİ onun yaşlı olmasını, din sahəsində fəaliyyətini nəzərə alıb, töhmət verməklə kifayətlənib. Təbii ki, bu yolverilməz haldır və həmin şəxs özü də bundan peşman olduğunu bildirib".
Gənc ailələrdə ailədaxili münasibətlər müzakirə edilib
Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda aidiyyatı dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçirilib.
“Neft Daşları”nda yeni quyu qazılır
“Neft Daşları” yatağında 602A nömrəli stasionar dəniz özülündən 2670 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1650 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
Plagiat qalmaqalına faktlarla cavab
Təhsil Nazirliyinin müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda yaradılmış işçi qrupunun rəyi ilə sizləri tanış edirik. 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi ilə bağlı keçən yazımızın davamı olaraq yeni plagiat nümunələrini, elmi qüsurları və uyğunsuzluqları təqdim edirik.
Kəlbəcər girovu Şuşadan video göndərdi
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyevin yeni videogörüntüləri ailəsinə təqdim olunub. Bu barədə girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, qardaşı videoda azyaşlı qızı üçün darıxdığını deyib. "Artıq girovlara məktub yazmırıq. Məktub ləğv olunub. Onların videosunu çəkib bizə göstərirlər. Bizdə öz görüntülərimizi onlara göndəririk. Şahbaz sonuncu dəfə vəziyyətinin normal olduğunu deyimişdi. İndi vəziyyəti bir az yaxşılaşıb. Hamıya salamı var. Dediyinə görə artıq ona işgəncə vermirlər. Şahbaz həyat yoldaşı və qızına da video göndərib. Onlar üçün çox darıxdığını deyib".
Evlilik verilişində azərbaycanlı qızlar oğlan üstündə dalaşdı - VİDEO
"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində namizəd olan azərbaycanlı Əli Əkbər və keçmiş nişanlısı Naz Mila yenidən bir araya gəlib. Cütlük birlikdə qatıldıqları ad günü mərasimində səmimi fotolar çəkdirib və sosial şəbəkədə paylaşıb.
Aktiv məşğulluq tədbirləri davam etdirilir
Məşğul qabiliyyətli insanların əmək bazarında iş tapması daim problemli məsələlərdən olub. Obyektiv və subyektiv səbələrdən qaynaqlanan bu problemin çözülməsi sonda vətəndaşların boynuna qoyulub. Azərbaycan kimi sosial dövlətlər isə əmək qabiliyyətli hesab olunan vətəndaşlarının işlə təmin edilməsi məqsədilə daim məqsədyönlü tədbirlər həyata keçiriblər.
Gömrük nəzarətindən gizlədilən 75.000 avro aşkar edildi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gizlin və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Bakı-Almatı aviareysilə getmək istəyən Ukrayna Respublikasının vətəndaşı gömrük nəzarətindən “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.
Şəffaflığın təmin edilməsi vergi orqanlarının ən vacib vəzifələrindəndir
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın artırılması, sahibkarlara daha əlverişli şərait yaradılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilmiş, vergi orqanlarında ciddi islahatlar aparılmışdır.
Komitə sədri: “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”
“Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur. Buna görə o, qanun qarşısında cavab verəcək”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri: "Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq"
"Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdə olan məlumatlar arasında uyğunsuzluqlar aşkarlanıb"
“Dövlət qulluğuna dair qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrənilməsi Dövlət İmtahan Mərkəzinin (DİM) əsas vəzifələrindən biridir. Bununla bağlı, dövlət reyestrinə daxil edilmiş məlumatların öyrənilməsi zamanı bir sıra dövlət orqanları tərəfindən dövlət qulluqçuları haqqında məlumatları dövlət reyestrinə vaxtında, tam və ya düzgün daxil edilmədiyi müəyyən edilib”.














