Sosial
Azərbaycanda söz və fikir azadlığı beynəlxalq standartlar səviyyəsində təmin olunur
Azərbaycanda söz və fikir azadlığının təmin olunması məqsədilə hər cür şərait yaradılıb. Sözügedən hüquqların həyata keçirilməsi məqsədilə qanunvericilik aktları qəbul edilib, beynəlxalq sənədlər ratifikasiya edilib. Hüquqşünas Alim Hüseynli bildirib ki, hazırda Azərbaycanda öz sözünü deyə bilən, fəaliyyəti beynəlxalq standartlara cavab verən müstəqil mətbuat formalaşıb.
“Sərsəng harayı” kitabı işıq üzü görüb
AVCİYA-nın növbəti nəşri - “Sərsəng harayı” kitabı işıq üzü görüb. Kitabda AVCİYA-nın 2013-cü ildən etibarən həyata keçirdiyi “Sərsəng harayı” layihəsi ilə bağlı ətraflı məlumat verilir. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun oxuculara müraciəti ilə başlanan kitab üç bölümdən ibarətdir. Siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin müəllifi olduğu birinci bölümdə AVCİYA-nın “Sərsəng harayı” layihəsindən geniş bəhs olunur. Bu layihənin beynəlxalq müstəvidə tanıdılması sayəsində 2016-cı ilin yanvarında qəbul edilmiş AŞPA-nın 2085 saylı “Azərbaycanın cəbhəyanı rayonlarının qəsdən sudan məhrum edilməsi” qətnaməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilir.
Ekspedisiya rəisi: “Bakı-Şamaxı və Bakı-Ağsu yollarında sürüşmə aktivləşib”
“Ötən ay Şamaxı şəhəri, 48 – A məhəlləsində sürüşmə sahəsinin dinamikasında və parametrlərində ciddi artım baş verib. Bakı – Şamaxı avtomobil yolunun 106 – 111-ci km-də də sürüşmə sahəsinin bir neçə yerində uçqun – töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb”.
Palata: Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var
"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanunda dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.
BMT-nin Əhali Fondunun “ASAN Könüllülər” ilə birgə kampaniyası başa çatdı
İyulun 3 – də BMT-nin Əhali Fondunun “ASAN Könüllülər” ilə sosial mediyada birgə kampaniyası başa çatıb. Kampaniyanın əsas məqsədi gender əsaslı zorakılıq (GƏZ) haqqında məlumatlılığın artırılmasıdır. BMT-nin Əhali Fondu həyata keçirdiyi “Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində “ASAN Könüllülər” İctimai Birliyi ilə sosial mediyada 2017-ci il 7 iyun tarxindən kampaniyaya start verilmişdi. “ASAN Könüllülər” – dən “Olaylar” – a bildirilib ki, sözügedən təşkilatların Facebook səhifələrinin izləyiciləri üçün apardığı kampaniya gender əsaslı zorakılığın müxtəlif formaları haqqında geniş yayılmış miflər üzərində qurulub.
Qusarda II Beynəlxalq Tələbə Konfransı keçirilir
İyulun 3-də Azərbaycan Respublikasının Qusar şəhərində “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı işə başlayıb.
Həkim həkimin üzünü yandırdı
Son zamanlar ölkədə fırıldaqçılıqla məşğul olan firmaların sayının artması müşahidə olunur. İşə düzəltmə, tibbi müayinə, kosmetik məhsulların satışı, masaj kimi adlarla icazəsiz evlərə daxil olan belə “şirkətlər” əhalini aldatmaqla məşğuldur. Belə firmaların qurbanlarından biri Bakı şəhər sakini Əliyeva Səidə redaksiyamıza müraciət edərək bildirib ki, “VİP STYLE” MMC-nin təklif etdiyi kosmetik vasitələrdən maddi və mənəvi zərər çəkib: “Bir gün telefonuma zəng edərək bildirdilər ki, “VİP STYLE” MMC-dən narahat edirlər və guya mənim telefon nömrəm kupona düşüb, ona görə də məni pulsuz müayinə üçün klinikaya dəvət edirlər.
Yeni Günəşlidə çökmə baş verib
Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisi, Günəşli yaylasında çökmə (oturma) baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun verdiyi məlumata görə, Günəşli yaylası çökmə (oturma) sahəsində ərazidən keçən tektonik qırılma xəttinin (Zığ-Qum adası-Makarov bankası) təsirindən dik yamac istiqamətində qruntun oturması, torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb.
QMİ Məşhəd və Kərbəla ziyarətləri ilə bağlı dəyişikliklər edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkil etdiyi Kərbəla, Nəcəf və Məşhədə ziyarəti ilə bağlı bəzi dəyişikliklər edilib. QMİ-dən verilən məlumata görə, birbaşa Məşhəd ziyarəti hələlik təxirə salınıb, yalnız Bakı-Kərbəla-Məşhəd-Bakı səfəri həyata keçiriləcək. Səfərlə bağlı sənəd qəbuluna iyulun 20-dən başlanacaq, zəvvarlardan xarici pasport, 3x4 ölçüdə 2 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunacaq. Avtobusla həyata keçiriləcək səfərin qiyməti 350 ABŞ dollarıdır. Sənədlər QMİ-nin ziyarət şöbəsində qəbul olunur.
YAP üzvlərinin sayı 700 mini keçdi
Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı artıq 700 min nəfəri ötüb. “OLAYLAR”-ın hakim partiyaya istinadən verdiyi xəbərə görə, YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlib. Qurultay ərəfəsində artıq partiya üzvlərinin sayı 450 min nəfərə çatıb. Daha sonra qısa müddət ərzində YAP üzvlərinin sayı 500 min və 600 min nəfərə qədər yüksəlib.
BNA-dan daha bir yenilik
Bakı Nəqliyyat Agentliyi daha bir ilkə imza atıb. “OLAYLAR”-ın BNA-ya istinadən verdiyi xəbərə görə, piyada keçidlərində piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılır. İlk olarq “Sovetski layihəsi” çərçivəsində salınan yollarda tətbiq edilən bu yeniliyi gələcəkdə bütün Bakı yollarında görmək mümkün olacaq.
Bu il müsbət dinamika ilə yadda qalacaq
2014-cü ildən etibarən dünyanı ciddi şəkildə təhdid edən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan iqtisadiyyatı özünün inkişaf tempini davam etdirir. Düzdür, böhranın ilk illərində ölkəmiz də müəyyən mənada bundan əziyyət çəksə də, qısa zamanda həyata keçirilən antiböhran tədbirləri, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ən əsası qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi yönündə atılan addımlar Azərbaycanın dünyada iqtisadi sferada cərəyan edən mənfi tendensiyadan minimum şəkildə zərər görməsinə zəmin yaratdı.
Azərbaycanın diplomatik uğurları
Azərbaycan torpaqlarının mənimsənilməsi, işğal edilməsi məqsədilə yaradılmış Dağlıq Qarabağ probleminin meydana çıxmasından 30 ilə yaxın bir vaxt keçir. 1988-ci ildən etibarən keçmiş SSRİ-nin məkirli planı əsasında yaradılan Dağlıq Qarabağ problemi əslində iki məqsədə xidmət edirdi. Birincisi, keçmiş ittifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq müxtəlif regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmağa çalışırdı. Burada başlıca məqsəd müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsinin qarşısını almaq idi. İkincisi, Kreml I Pyoturdan üzü bəri gələn siyasəti davam etdirir və ermənilərin işğalçılıq siyasətinə dəstək verməklə onların yeni-yeni ərazilər zəbt etməsinə şərait yaradırdı.
Bakı küçələrini dolaşan ölüm kabusu
Bu günlərdə Rusiya Federasiyasının Tatarıstan Respublikasında sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşınının toqquşması və qəza zamanı çoxsaylı insan tələfatının baş verməsi vacib bir məqama diqqət yetirilməsi zəruriliyini ortaya qoyub. Bu da şəhər mərkəzində, əhalinin sıx məskunlaşdığı ərazilərdə yanacaq daşıyan yük maşınlarının hərəkəti və onların hər an törədə biləcəyi təhlükədir. Nəzərə alsaq ki. paytaxt küçələrində də hər addımda bu cür yanacaq daşıyan yük maşınlarına rast gəlirik, o zaman belə qənaətə gəlmək olar ki, Tatarıstanda baş verən məlum qəzadan biz də sığortalanmamışıq və belə bir təhlükə kabusu bizim də başımızın üstündə gəzir. Digər tərəfdən paytaxtda çoxlu sayda yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərməsi də hər hansı qəza hadisəsi baş verəcəyi təqdirdə onun miqyasının daha geniş bir çevrəni əhatə edə biləcəyi narahatçılığını yaradır.
Səid Ünsizadənin fotoşəkli İstanbuldakı qohumlarından tapıldı
Səid Əfəndi Ünsizadə (1825,Şamaxı-1905,İstanbul) milli mətbuatımızın yaradıcılarından biridir.O,1878-ci ildə Tiflisdə kitab və qəzet çap etdirmək üçün hökumət dairələrindən icazə alıb, burada əvvəlcə litoqrafiya (daş basmaxanası),bir müddətdən sonra isə tipoqrafiya (mətbəə) açır.Səid Ünsizadə 1879-cu il in yanvarında "Ziya" adlandırdığı şəxsi litoqrafiyasında "Ziya" adlı həftəlik qəzetin nəşrinə başlayır.














