Sosial
“İRƏLİ”dən İslam Həmrəylik Oyunlarına həsr olunmuş layihə
"İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub.
Qarabağ xalçalarını öz adlarına çıxarmağa çalışan ermənilərə cavab
"Ermənilərə və onların havadarlarına öz real işimizlə cavab vermək üçün bütün imkanlarımız var". Bunu "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov Ermənistanın Tarixi Mühitin və Tarixi-Mədəni Muzey Qoruqların Mühafizəsi Xidmətinin direktoru Ara Tarverdyan və "Karabakh Carpet" şirkətinin rəhbəri Sevak Xaçatryanın Qarabağ xalçalarının erməni xalçaları kimi təbliği və bu xalçalara turistlərin marağını cəlb etmək məqsədilə xüsusi çadır pavilyonlar qurulmasına münasibət bildirərkən deyib.
Bu qarpızları yemək olmaz - RƏSMİ
Mövsüm meyvə, tərəvəz və giləmeyvələri bazar piştaxtalarında yerini alsa da, hələ də, onların bəzilərini almaqla bağlı tərəddüd yaşanır. Alıcıların ən çox tərəddüdü isə qarpızla bağlıdır. Ötən il bir neçə zəhərlənmə faktının qeydə alınması, bu il tərəddüdləri bir az da artırıb. İyulun sonunda keyfiyyətli qarpızın bazarlara çıxacağını deyilir. Bununla yanaşı bazarlara çıxarılan qarpızlar mütəxəssislər tərəfindən yoxlanılır.
Ukrayna polisi Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olması xəbərini təkzib edib
"Azərbaycan vətəndaşının iştirakı ilə Odessada atışma olmayıb, bu barədə KİV-də yayılmış məlumat həqiqəti əks etdirmir." Bu barədə Ukrayna bürosuna Odessa patrul polisinin mətbuat xidmətinin rəhbəri Alla Marçenko bildirib.
Azərbaycan ekranında erməni bayrağı
Yaşlı kişi kanalizasiyaya düşür. Nə qədər çabalasa da, bataqlıqdan çıxa bilmir. Bataqlıq onu yavaş-yavaş aşağı dartır. Kişi qışqırmağa başlayır: "Yanğın, yanğın. Köməyə gəlin, yanırıq".
Hesablama Palatası nefti ucuzlaşdıracaq amilləri açıqlayıb
Hesablama Palatası qarşıdakı dövrdə neftin qiyməti ilə bağlı gözləntilərini açıqlayıb. Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə verdiyi rəydə bildirilib ki, dövlət büdcəsi və Dövlət Neft Fondunun (ARDNF) əsas parametrləri formalaşdırıldığı təqdirdə neftin dünya bazarlarında qiymətinin 40 dollar nisbətində götürülməsi qərara alınıb.
Rusiya ilə pensiya təminatı sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərinə dair müzakirələr aparılır
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində pensiya təminatı sahəsində Azərbaycanla ikitərəfli əməkdaşlığın gələcək inkişafına dair müzakirələrin aparılması məqsədi ilə ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.
"Beş dövrün beş paytaxtı" adlı infotur keçirilir
Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni marşrutların yaradılması diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, iyulun 2-də nazirliyin dəstəyi və "A la Carte Travel" turizm şirkətinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin nümayəndələri üçün "Beş dövrün beş paytaxtı” adlı marşrut üzrə infotura start verilib.
Macarıstanla əməkdaşlıq məsələləri müzakirə edilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə Fondda görüş keçirib. “OLAYLAR”-ın xəbərinə görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən söz açan G.Əfəndiyeva macarların tarixən türkdilli xalqlar ilə bağlılığını, bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirib. G.Əfəndiyeva Macarıstanda türkologiyanın inkişafını və bu sahədə bir çox elmi araşdırmaların aparılmasını, eləcə də Macarıstanın müşahidəçi dövlət olaraq TürkPA-ya üzv olduğunu qeyd edərək Macarıstan ilə əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.
Lənkəranın 7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qısa müddətdə layihələr hazırlanıb, yeni su mənbələri və infrastruktur imkanları müəyyənləşdirilərək tikinti-quraşdırma işlərinə başlanıb.
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Mərkəzi Bankın öz valyuta ehtiyatları 3 aylıq minimal tələbi ödəməyə kifayət edir. İlk 5 ayın yekunu üzrə Mərkəzi Bankı valyuta ehtiyatlarının həcmi 4825,4 milyon ABŞ dollarına çatıb.Azərbaycan Respublikası Dövlət Neft Fondunun verdiyi məlumatlara görə, 2017- ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33147,0 milyon ABŞ dolları) nisbətən 0,18% artaraq 33207,2 milyon ABŞ dollarına bərabər olub. Artımı şərtləndirən əsas səbəb ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən Avro, Rusiya rublu, ingilis funt sterlinqi valyutalarının), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə səhm və qızıl portfellərinin) nəticəsində mümkün olub.
“Yaya hazırsan?” kampaniyasının qalibləri müəyyənləşdi
“Azərsun Holdinq” və “Bazarstore” tərəfindən həyata keçrilən “Yaya hazırsan?” kampaniyasının qalibləri müəyyənləşib. 21 gün ərzində davam edən kampaniyanın iştirakçıları üçün “Azersun Arena”da son illərin ən sevilən ifaçılarından olan Miri Yusif və Respublikanın əməkdar artisti Röya Ayxanın iştirakı ilə möhtəşəm konsert təşkil edilib. Tədbir zamanı keçirilən lotereya ilə 10 ədəd soyuducu, 10 ədəd kondisioner, 10 ədəd Antalyaya səyahət paketi 1 ədəd Nissan Kicks avtomobili öz sahibini tapıb.
Bakı-Sumqayıt yolunda dəhşəli qəza: Yaralanan var
Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış KamAZ markalı yük avtomobilinə çırpılıb.
Bakıda qızlar yoxa çıxdı
Bakıda iki qız itkin düşüb. Binəqədi rayonu Novxanı qəsəbəsi "Metallurq" sanatoriyasında yaşayan 2000-ci il təvəllüdlü Səlimə İsmayılova (ad şərtidir) 2 gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb.
"Müəllim imtahana məcburi cəlb edilə bilməz" - Nazirlikdən vacib açıqlama
Müəllimlərin məcburi imtahan verəcəyi xəbərinə Təhsil Nazirliyindən reaksiya gəlib. Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov yayılan xəbərlərə reaksiya verib.











.jpg)


