Sosial

Çimərliklərlə bağlı son monitorinqin nəticəsi: Yenə bakterioloji çirklənmə

3 İyul 2017 14:19

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisindəki çimərliklərdə dəniz sularının çirklənməsi ilə bağlı növbəti monitorinq keçirib. Bu barədə mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Bakının məşhur gözəllik salonunda xanım müştərinin başına oyun açdılar - ŞİKAYƏT

3 İyul 2017 14:14

Bakının mərkəzində faəliyyət göstərən ən məşhur gözəllik salonlarından olan "Grace Beauty Complex"də müştərinin başına oyun açıblar. Bu haqda şikayətçi Günel Aşırova məlumat verib.  O qeyd edib ki, gözəllik salonunda saçını yandırıblar: "Saçımı yandırıb, indi usta məni narahat etmə, administrator da "get ustanı ictimailəşdir" deyir".

Maştağada Zeytun bağı yandırılaraq məhv edilir

3 İyul 2017 14:11

Sabunçu rayonu Maştağa qəsəbəsindəki keçmiş Subtropik sovxoz adlanan bağlarda meyvə ağacları kökündən çıxarılaraq daşınır və amansızcasına yandırılır. Bu barədə sakinlər məlumat verib. Sakinlərin bildirdiyinə görə, sovet dövründə sözügedən ərazidə meyvə ağaclarından ibarət bağ salınıb.

Elçin Hüseynbəyli yazır...Dilənçinin səxavəti

3 İyul 2017 14:00

Elektriçkada yol gedirdik. Bayırda çiskin yağış yağırdı. Mən belə havada başımı pəncərəyə söykəyib nostalji duyğulara qapılmağı xoşlayıram. Qatardakılar daha çox şəhər ətrafı kəndlərin adamlarıydı. Hərə bazara satmağa bir şey aparırdı. Tanışlar, qonşular bir-birilərilə söhbətə girişmişdilər. Söhbət əsasən indiki bahalıqdan, pulun dəyərini itirməsindən, adamların alıcılıq qabiliyyətinin aşağı düşməsindən gedirdi. Hər kəsin dərdi özünə bəs idi.

“Həyəcansız imtahan” konsultasiya aylığına start verib - ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ

3 İyul 2017 13:42

Qərb Universiteti abituriyentlər üçün “Həyəcansız imtahan” konsultasiya aylığına start verib. Universitetdən “Olaylar” – a bildirilib ki, universitetdə Tələbə Qəbulu Məsələlər üzrə Mərkəz yaradılıb və bu mərkəzdə abituriyentlər üçün ödənişsiz şəkildə məsləhət saatları təşkil olunur. Burada abituriyentlərə həm psixoloji konsultasiyalar verilir, həm də onları maraqlandıran bu və ya digər suallar mütəxəssislər tərəfindən cavablandırılır. “Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda keçirilmiş ilk seminarda Qərb Universitetinin dosenti, İnnovasiyalar Şöbəsinin müdiri Rauf Həsənov “Doğru ixtisas seçimi”, tanınmış psixoloq Elnur Rüstəmov “İmtahan həyəcanının azaldılması yolları” və “Hədəf kursları” MMC-nin baş direktoru Şəmil Sadiq “Motivasiya və özünə inam” mövzularında təqdimatlar ediblər.

Tərk edilən uşaqların anası axtarılır

3 İyul 2017 13:38

 İyulun 1 – də  Bakı şəhər Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfinən Nəsimi rayonu ərazisində yol kənarında, atılmış olaraq 3 uşaq aşkarlanmışdı. Uşaqlar Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinə yerləşdirildikdən sonra polis əməkdaşları uşaqların analarının axtarıldığını elan edib. Şəkildəki  qadını görən,tanıyan,bilən varsa sığınacağın qaynar xəttinə (0125113409; 0554660806) məlumat verilməsi xahiş olunur. Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri Vasif Akifli “Olaylar” – a açıqlamasında bildirib ki, uşaqlar sığınacağa yerləşdirildikləri gün Ağsu rayon Polis Şöbəsinə, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektora hadisə ilə bağlı məlumat verdim.

Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir

3 İyul 2017 13:33

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Regional Mədəniyyət və Turizm idarəsinin birgə təşkilatçılığı ilə Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyində “İslam Həmrəyliyi İli” ilə bağlı “Müasir gəncliyin tərbiyəsində İslamın rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, “Asan xidmət”in könüllülər qrupu və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yunus Oğuzdan Möminə Xatun və Atabəy Eldəniz haqqında möhtəşəm tarixi roman

3 İyul 2017 13:27

Yazıçı – publisist Yunus Oğuzun yeni tarixi romanı dərc edilib. Roman Azərbaycan Atabəylər dövlətinin əsasını qoyan Atabəy Eldənizdən və onun xanımı Möminə Xatundan bəhs edir.

"Şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı müzakirə aparılır" - Nazirlik

3 İyul 2017 13:17

Təhsil Nazirliyində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı ayrı-ayrı mütəxəssislərin iştirakı ilə müzakirələr aparılır. Bu barədə nazirlikdən bildirilib.

Sahibkarlar icra başçısını müdafiə etdilər VİDEO

3 İyul 2017 13:01

Hörmətli redaksiya , bu yaxınlarda təsadüfən  Sumqayıtdakı “Şərq bazarı”nın  keçmiş bazarkomu Rəşid Babayevin Kanal24 İnternet Televiziyasına aşıqlamasına baxdım və qərara aldım ki, bu barədə fikirlərimi  bildirim.  

Coğrafiya İnstitutu: Qızmar hava çaylarda suyun azalmasına səbəb olacaq

3 İyul 2017 12:36

“Bu il iyul ayının əvvəlindən başlayaraq Azərbaycanda havanın temperaturu digər illərin müvafiq günlərinə nisbətən 1-2 dərəcə yüksəkdir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. 

Zori Balayanın Bakı TERRORU: Anasını girov götürdülər, özünü Azərbaycana göndərdilər...

3 İyul 2017 12:20

1994-cü ilin 3 iyul tarixində Bakı metrosunda törədilən terror aktından 23 il ötür. İki onillikdən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycana qafrşı erməni terroru davam edir. Terror nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı. İstintaq araşdırmalarında məlum olur ki, terror aktını Azərbaycan vətəndaşı Azər Aslanov həyata keçirib. Aslanov Moskvada saxlanılaraq, Azərbaycana ekstradisiya olunur. 1988-ci ildə A.Aslanov istintaqa ifadəsində bildirir ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülüb.

Jurnalist Elçin Zahiroğlu sərbəst buraxıldı

3 İyul 2017 12:13

Bu günlərdə polis tərəfindən saxlanılan jurnalist Elçin Zahiroğlu sərbəst buraxlıb. Bu barədə onun yaxınları sosial şəbəkədə xəbər paylaşıblar. Xəbər verdiyimiz kimi, “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu iyunun 1-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Hava da çox istiləşərsə...

3 İyul 2017 12:11

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir.

Astarada turizmin inkişafına gətirib çıxaracaq yeni yollar salınır  

3 İyul 2017 12:10

Bu il reallaşdırılan 40 avtomobil yolu layihəsindən biri də Astara rayonunda icra olunur. Söhbət Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisindən gedir. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, çətin dağlıq relyefə məxsus kəndlərarası avtomobil yolu “Hirkan” Milli Parkının ərazisindən keçir.