Sosial
Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Xidmətin Ucar rayon şöbəsində vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, iyulun 20-də baş tutacaq qəbulda Bərdə, Ağdaş, Ucar, Göyçay, Tərtər, Zərdab və Yevlax rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 17.07.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
TƏCİLİ -Məhkəmə sədri vəfat etdi
Diqqət! Pensiya alanlara şad xəbər! İyulun 1-dən...
"Əmək pensiyaları haqqında" qanunun digər detallarını da açıqlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyir ki, bu məqsədlə hər bir şəxsin fərdi hesabı açıq saxlanılacaq və ora vəsait köçürmək mümkün olacaq. Nazir bildirib ki, qulluq stajına görə əlavələrin alınması üçün tələb edilən illərin sayı əvvəl 5 ildən 15 ilə qədər idisə, iyulun 1-dən qüvvəyə minəcək "Əmək pensiyaları haqqında" qanuna əsasən, bu rəqəm 15 ildən 25 ilədək artırılıb. Həmin əlavə məvacibin 80 faizindən 50 faizinə endirilib.
Faciəvi şəkildə ölən 21 yaşlı Hüseynin FOTOsu - Səbinənin meyiti hələ tapılmayıb
2 gün əvvəl Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində - Hövsandakı çimərlikdə suda boğulan 21 yaşlı Hüseyn Rəhimovla bağlı bəzi məqamlar üzə çıxıb. Yaxınları bildiriblər ki, Hüseyn Rəhimov hadisə vaxtı yanındakı qızı xilas etməyə çalışıb və bu səbəbdən də boğulub. Belə ki, gənc oğlan yeni tanış olduğu qızla dənizdə olarkən onun boğulduğunu görüb və kömək etməyə çalışıb. Bu zaman yaxınlıqdakı şəxslərdən biri Hüseyndən yapışaraq xilas edib. Lakin gənc oğlan qızın boğulduğunu görüb, növbəti dəfə ona tərəfə gedib və bu zaman onların ikisi də boğulub.
Qızmar hava davam edəcək
İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək. ETSN-dən verilən məlumatına görə, havanın temperaturunun gecə 22-27° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.
Qəbələdə Qafqazın ən qədim qəlibi tapıldı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya may və iyun aylarında Qəbələ beynəlxalq aeroportu ərazisində xalkolit dövrünə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində arxeoloji qazıntı işləri aparıb.
MTRŞ: Şou verilişlərinin səviyyəsi bizi narahat edir
"Şou proqramlar televiziya yaradıcılığında əsas janrlardandır. Bu səpkidə verilişlərin kütləviliyi normaldır, xüsusilə özəl kanallarda. Lakin əlbəttə ki, şou verilişlərin səviyyəsinin aşağı olması bizi də narahat edən məsələdir". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Goranboyda qohumlar əlbəyaxa oldu: qayınata və kürəkən xəsarət aldı
Goranboy rayonunda kütləvi dava olub, xəsarət alanlar var. Kütləvi dava Alacalı kəndində qohumlar arasında baş verib. Hadisə zamanı xəsarət alanlar qayınata və kürəkən olub. Belə ki, davadan sonra qarşı tərəf maşını onların üstünə sürüb. Eyni zamanda, qarşı tərəfdən iki nəfər üz və baş nahiyələrindən xəsarət alıblar. Onlar ambulator müayinədən sonra evə buraxılıblar.
Bakıda avtomobil təmiri sexi yandı
Bakıda yanğın hadisəsi qeydə alınıb. Bakının Sabunçu rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 50 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Kürdə batan polislərdən birinin meyiti tapıldı YENİLƏNDİ
Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb. Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
1 nəfər Xəzərdə batdı
Xızı rayonunun Şurabad qəsəbəsində dənizdə 1 nəfər batıb. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Gəncədə ər arvadını döyərək xəstəxanalıq etdi
Gəncədə 22 yaşlı qadın əri tərəfindən döyülüb. Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Leyla Meyvulla qızı Məmmədova mübahisə zəminində həyat yoldaşı tərəfindən döyülüb. Kəllə-beyin travması alan qadın yaxınları tərəfindən hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım alan qadının vəziyyətinin sabit olduğu bildirilib.
Sürücü 7 yaşlı piyadanı vurub qaçdı
Gəncə şəhərində 7 yaşlı piyadanı maşın vurub. Hadisə şəhərin Avtozavod qəsəbəsinə gedən yolunda baş verib. Yolu keçmək istəyən Gəncə sakini, 2010-cu il təvəllüdlü, Bədəlli Ülvi Novruz oğlunu maşın vurub. Onun hansı avtomobil tərəfindən vurulması hələlik məlum deyil. Ü.Bədəllini yaxınlıqdan keçən başqa bir avtomobilin sürücüsü Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına aparıb.
3 uşaq nənələri tərəfindən atıldı
İyulin 1- də 3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilən 3 körpənin hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif akiflinin “Olaylar” – a verdiyi məlumata əsasən uşaqlar bu gündən qida, tibbi müayinə, yaşayış yeri və geyimlə təmin ediliblər. “Həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.”
Milli Parkının ərazisində yanğın
Bu gün Şirvan Milli Parkının ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Olaylar" - a verilən məlumata görə, yanğın "Salyanoyl" şirkətinin istifadəsində olan ərazidən 2 yük maşını keçdikdən sonra qeydə alındığından əraziyə alovun məhz nəqliyyat vasitələrindən düşdüyü ehtimal olunur. Dərhal əraziyə cəlb olunmuş ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın tez bir zamanda lokallaşdırılıb və 15-30 radələrində tam söndürülüb. Yanğın nəticəsində yalnız 0,7 hektar ərazidə quru ot örtüyü və kollar yanıb, heç bir ağaca ziyan dəyməyib.














