Sosial
"Ara qarışdırmaq istəyənlərin kimlər olduğunu bilirik”
"Hacı Cavad" məscidinin Abdulla Şaiq küçəsi -79 ünvanındakı yeri ibadət üçün olduqca əlverişsiz idi və münasib deyildi, amma yeni ünvanda tikilən məscid bütün standartlara cavab verir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, "Hacı Cavad" məscidi ilə bağlı müvafiq komissiyanın üzvü hacı Fuad Nurullayev deyib. O bildirib ki, Abbas Mirzə Şərifzadə-1 ünvanında tikilən məscidin bir il ərzində istifadəyə veriləcəyi gözlənilir: "Yeni ünvanda tikilən məscid Azərbaycan prezidenti tərəfindən möminlərə ən böyük hədiyyələrdən biri hesab olunmalıdır. Mən bu işin içindəyəm və komissiyada QMİ-ni təmsil edirəm. Biz dövlətimizə, cənab prezidentə buna görə çox təşəkkür edirik, çox razıyıq.
"Hacı Cavad" dini icmasının rəhbəri: “Köhnə ünvanda məscid üçün lazımi şərait yox idi”
Abdulla Şaiq küçəsində yerləşən "Hacı Cavad" məscidi köhnə tikili olub. 1907-ci ildə tikilən bina əvvəllər mənzil olsa da, sonradan ibadət üçün məscidə uyğunlaşdırılıb. Lakin burada məscid üçün lazımi şərait yox idi. Bunu "Hacı Cavad" dini icmasının sədri Kənan Əzizov deyib. K.Əzizov bildirib ki, Bakı şəhərinin baş planına uyğun olaraq yeni yol-nəqliyyat infrastrukturunun yaradılması məqsədilə məscid köçürmə ərazisinə düşüb, habelə Fövqəladə Hallar Nazirliyi tərəfindən məscidə baxış keçirilib, binanın istismar üçün yararsız olduğu müəyyən edilib.
Hacı Cavad məscidinin tikintisi davam edir
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakının Yasamal rayonunda yeni ünvanda Hacı Cavad məscidinin tikintisi davam etdirilir. Dövlət başçısının Yasamal rayonundakı Hacı Cavad məscidinin münasib yerə köçürülərək yenidən inşası barədə qərarı dindarlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinə Abbas Mirzə Şərifzadə, 1 ünvanında başlanıb.
Məişət zorakılığına daha çox qadınlar məruz qalır- HDİM sorğu keçirib
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində Bakı şəhərində 200 respondentin iştirakı ilə soğru keçirilib.
Maraqlı iddia: Pis adamı uzaqdan tanımaq olur
Miluoki-Viskonsin Universitetinin psixoloqları məsləhət görürlər ki, hər hansı kişinin etibarlı olub-olmadığını bilmək üçün onun üzünə baxmaq bəs edər. Enlisifət kişilər naziküzlü kişilərə nisbətən daha hiyləgər olur və öz məqsədlərinə yalanın köməyilə çatırlar. Deily Mail tədqiqatçılarının fikrincə darüzlü adamlar isə əksinə geniş ürəyə sahibdirlər. Zərif cizgili kişilər daha səmimidirlər, ünsiyyətdə özlərini daha vicdanlı aparacaqlarına əmin ola bilərsiniz.
D vitamini yaşlı qadınların ömrünü uzadır?
Vitamin D3-ün əsas təsirli maddəsi olan xolekalciferol adamların ömrünü uzada bilər. Onun bədəndə çatışmamazlığı yıxılma və sınma riskinin artmasına gətirib çıxarır. “The Times of İndia” yazır ki, bu haqda Kokranov kitabxanasının sonuncu buraxılışında dərc olunan məlumatda xəbər verilir.
Saç boyasındakı dəhşətli təhlükədən xəbəriniz var?
Sağlam hamiləlik keçirmək üçün hamiləliyin ilk aylarında bəzi məsləhətlərə, hətta qadağalara əməl etmək vacibdir. Gözəlləşmək üçün edilən saç rəngləmə, saç düzləşdirmə, saç rəngini açdırmaq və s. hamiləlik üçün təhlükəlidir. Saç boyalarının tərkibindəki kimyəvi maddələr hamilələr ciddi təhlükədir. Hamiləliyin ilk 3 ayında saç boyamaq, açdırmaq, düzləşdirmək olmaz.
Energetik içkilər barədə 10 dəhşətli fakt!
Gündəlik həyatımızda hər hün istifadə etdiyimiz energetik içkilər barədə, cəmiyyətdə geniş müzakirələr aparılır. Ən çox da bu içkilərin insan orqanizminə mənfi təsiri barədə danışılır. Bu gün sizə energetik içkilər haqqında 10 faktı sizə təqdim edirik.
Bu pəhriz orqanizmə yığılmış artıq maddələri təmizləyir...
Hörmətli xanımlar, bu pəhriz qış boyu orqanizmə yığılmış artıq maddələrdən xilas olmağa, bədənin tonusunu artırmağa, o cümlədən avitaminozun aradan qaldırılmasına yardımçı olacaq.
SOCAR-ın xəsarət alan əməkdaşlarının ADLARI və SON DURUMU
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicəsi davam etdirilir.
Dövlət Komitəsi: Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib
2017-ci ilin altı ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 6 uşaq (4 qız, 2 oğlan) övladlığa götürülüb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib. O bildirib ki, uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib.
Ucarda biabırçı olay: 58 yaşlı ailəli kişi azyaşlı oğlanları zorladı - Kənddən qovurlar
Ucar rayonunda biabırçı olay yaşanıb. Rayonun Bərgüşad kənd sakini, 58 yaşlı Allahqulu adlı şəxs azyaşlıları qarşı seksual hərəkətlər edib. O, 10-14 yaş arası oğlan uşaqları ilə qumar oynayaraq, uduzanlarla cinsi əlaqədə olub. Uşaqlar da “qumar qaydaları”na əsasən, bu barədə heç kəsə məlumat verməyib. Daha sonra hadisədən xəbər tutan onun qonşusu təsadüfi şəkildə hadisənin videogörüntüsünü əldə edib və onu sosial şəbəkədə paylaşıb.
Moskvada Telman İsmayılovun iki mənzilinə həbs qoyuldu
Moskva vilayətinin Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen “AST” qrupunun təsisçisi Telman İsmayılovun Moskva ətrafında 3 torpaq sahəsi ilə bağlı sazişə həbs qoymaqdan imtina edib.














