D vitamini yaşlı qadınların ömrünü uzadır?
Vitamin D3-ün əsas təsirli maddəsi olan xolekalciferol adamların ömrünü uzada bilər. Onun bədəndə çatışmamazlığı yıxılma və sınma riskinin artmasına gətirib çıxarır. “The Times of İndia” yazır ki, bu haqda Kokranov kitabxanasının sonuncu buraxılışında dərc olunan məlumatda xəbər verilir.
30 İyun 2017 19:30 SosialVitamin D3-ün əsas təsirli maddəsi olan xolekalciferol adamların ömrünü uzada bilər. Onun bədəndə çatışmamazlığı yıxılma və sınma riskinin artmasına gətirib çıxarır. "The Times of İndia" yazır ki, bu haqda Kokranov kitabxanasının sonuncu buraxılışında dərc olunan məlumatda xəbər verilir.
Alimlər 79 faizi yaşı 74-dən yuxarı qadın olmaqla 94148 könüllü arasında tədqiqat aparıblar. Serbiyanın Niş şəhərindəki Universitetin daxili xəstəliklər üzrə professoru Qoran Belakoviç yazır ki, indiyə qədər D3 vitamininin real xeyri, xüsusilə insan ömrünün uzanmasına təsiri haqqında dəqiq məlumat yox idi. Bunun elmi təsdiqini isə biz bu yaxınlarda aşkar etmişik. Analizlər göstərmişdir ki, vitamin D3 ölüm hallarını 6 faiz aşağı salır. Bu o deməkdir ki, bir ömrü xilas etmək üçün siz iki il ərzində 200 nəfərdən ibarət qrupa D3 vitaminini verməlisiniz. D3 vitamini orqanizmdə kalsium və fosforun mənimsənilməsini, sümük və dişlərin formalaşmasını, həm də ki, kalsium və fosforun nazik bağırsaqlara, həmçinin fosforun böyrək kanallarına sovrulmasını və kalsiumun qandan sümüklərə keçməsini təmin edir. D3 vitamininin sutkalıq tələbatı 5 millikiloqramdır. Sümüklərin inkişafında əhəmiyyətli rolu olan D3 vitamininin əsas mənbəyi günəş şuasıdır. Həmçinin kərə yağının, pendirin və başqa süd məhsullarının, yumurta sarısının, balıq yağının, kürüsünün, həmçinin gicitkənin, cəfərinin və göbələyin tərkibində də xeyli D3 vitamini vardır. Sia.az