SOCAR-ın xəsarət alan əməkdaşlarının ADLARI və SON DURUMU
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicəsi davam etdirilir.
30 İyun 2017 18:38 SosialAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicəsi davam etdirilir. Bunu xəsarət alan əməkdaşların müalicə olunduğu Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.
Baş həkim bildirib ki, yaralılardan bir nəfər - 1979-cu il təvəllüdlü Əliyev Raqif Rafiq oğlu döş qəfəsinin diafraqma yırtığından əməliyyat olunub və o, reanimasiyaya yerləşdirilib. 2 nəfər - 1986-cı il təvəllüdlü Hüseynov Mürvət Hüseyn oğlu qapalı kəllə-beyin travması, dirsək sümüyünün sınığı, 1985-ci il təvəllüdlü Tarverdiyev Samir Həmid oğlu döş qəfəsinin küt travması, sağ kürək nahiyəsinin sınığı ilə əməliyyata hazırlanıb.
Xəsarət alanlardan iki nəfər - 1984-cü il təvəllüdlü Quliyev Zaur Bəhram oğlu beyin silkələnməsi, burun və alının əzilmiş yarası, 1986-cı il təvəllüdlü Paşayev Bəhruz Rafiq oğlu isə qapalı kəllə-beyin travması ilə neyrotravmatologiya şöbəsinə yerləşdirilib.
Ə.Dadaşov bildirib ki, yaralıların həyatı təhlükələri yoxdur və səhhətləri stabildir.
Qeyd edək ki, iyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Arya 141" qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub. Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır. Trend.az