Sosial
Sərhədçilər 2 balıqçını xilas ediblər
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub bölməsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa qarşı mübarizə üzrə vəzifələrini layiqincə yerinə yetirməklə yanaşı, dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.
Sumqayıtda ikimərtəbəli bina yanıb-8 nəfər təxliyyə edilib
Sumqayıt şəhərində ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ağstafada rəfiqələr arasında DAVA: bir nəfər xəstəxanaya yerləşdirildi
Ağstafada qadınlar arasında dava olub. Hadisə bu gün Ağstafa şəhərində baş verib. Rayon sakini, 1979-cu il təvəllüdlü Məmmədova Kəmalə Nadir qızı iki rəfiqəsi tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər K.Məmmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Rəfiqələr arasında baş verən davanın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Fikir və söz azadlığı, plüralizm Azərbaycan dövlətinin əsas diqqət yetirdiyi məsəslələrdir
Azərbaycan zəngin tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan nadir ölkələrdən biridir. Bu zənginliyə, adət-ənənələrə rəng qatan, ona rəngarənglik verən isə uzun illərdən bəri Azərbaycan ərazisində yaşayan müxtəlif xalqların və millətlərin nümayəndələridir. Bu gün Azərbaycanda onlarla xalqın nümayəndəsi azad və sərbəst, şəkildə, heç bir təzyiq və təqiblə üzləşmədən yaşayır, ölkə qanunlarının hər bir Azərbaycan vətəndaşına verdiyi imkanlardan yararlanır, istifadə edirlər. Bu tendensiya Azərbaycanda hər bir sahədə olduğu kimi qeyri Azərbaycan millətindən olan xalqlara və millətlərə nə qədər dözümlü yanaşıldığını, onlara böyük hörmət və ehtiram göstərildiyini açıq şəkildə ortaya qoyur. Bu gün Azərbaycanda mövcud olan bu ənənə, şərait həmçinin bir plüralizm nümunəsidir və siyasi, dini, mədəni sahədə olduğu kimi məhz bu sahədə də ölkəmizdə plüralizmin mövcud olduğunun əyani təsəvvürüdür.
Sabirabadda “Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu” mövzusunda konfrans təşkil olunub
İyunun 30 – da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Sabirabad şəhərinin Mədəniyyət Mərkəzində Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün “Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu” mövzusunda konfrans təşkil olunub. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfransın əsas qayəsi müxtəlif tərkibə, marağa və mütaliə xüsusiyyətinə malik oxucularla kitaba marağın daha da artırılması işində sistemlilik prinsipinin təşkili, hər bir oxucu marağının hərtərəfli öyrənilməsi, yeni müasir oxucuların mədəniyyət müəssisəsi olan kitabxanlara cəlb edilməsi, onların yaş, peşə, təhsilindən asılı olmayaraq həyata baxışları, maraqları və meyllərinin yönəldilməsidir.
YAP böyük güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur
Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının IX konfransı keçirilib. Rayon Mədəniyyət Evində Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər qonaqlar iştirak ediblər.
Dənizdə 2 nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. “Olaylar”ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.
“BakuBus” nümunəvi sürücülərini mükafatlandırdı
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yüksək peşəkarlıq və nümunəvi fəaliyyət göstərən sürücülərini növbəti dəfə mükafatlandırıb. Belə ki, “BakuBus” yaradıldığı vaxtdan indiyə qədər qayda pozuntusuna yol verməmiş, həmçinin sərnişin məmnuniyyəti qazanmış sürücülər “Təşəkkürnamə” ilə təltif olunublar.
Azərbaycan diaspor rəhbəri Misir dövlət televiziyasında çıxış edib
"Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televizya kanalının “Diplomatik səhifələr” proqramında çıxış edib. “OLAYLAR” -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan haqqında yerli tamaşaçılara geniş məlumat verən verən S.Nəsirov ölkələrimizin tarixi, mədəni və turizm əlaqələrindən söhbət açıb.
Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 7 dini icmaya şəhadətnamələr təqdim edilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır
İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır.”OLAYLAR” -ın Təhsil Nazirliyinə istionadən verdiyi xəbərə görə, bu proses iyulun 14-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçə bilərlər.
ASGA sədri Ukraynanın ali medalı ilə təltif edildi
Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri, o cümlədən Azərbaycanın 2 ictimai xadimi 28 iyun Ukraynanın Konstitusiya günü münasibəti ilə, Ukrayna ərazi bütövlüyünün və milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə “Kraina” ÜUB tərəfindən Ümümukrayna statuslu “Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif ediliblər.
Nazirlik: Tibb müəssisələrinin kompyuter və texniki təchizatı qaneedici səviyyədə deyil
"Profilaktik peyvəndlərin vaxtı barədə SMS xidməti vətəndaşlar tərəfindən o qədər də aktiv istifadə olunmur". Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib ki, mövcud olan xidmətə tələbat azdır: "Tələbatın az olması bəlkə də əhalinin məlumatsızlığından ola bilər.
Bakıda yaşayış binasında yanğın olub
Bakıda14 mərtəbəli yaşayış binasında yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən “Olaylar”a verillən məlumata görə, şəhərin Nizami rayonunda 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 m2 olan 4 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 10 m2 sahədə, 2 otağın plastik pəncərə və qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 12 nəfər isə təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli Sevgililər Günündən xəbəriniz var? - SORĞU
30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Onların toy günü - 30 iyun 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.





.jpg)








