Sosial
Naftalanda aşkarlanan 65 kq ət zərərsizləşdirilib
İyunun 21-də Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi “VAZ-2107” markalı 45-BF-928 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin müraciətinə əsasən Goranboy Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən avtomobilin yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyinin və daxili orqanlarının qida üçün yararlılığını və mənşəyini müəyyənləşdirmək məqsədilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Əliməmməd Nuriyev: “AHT-nin qərarı Azərbaycanvətəndaş cəmiyyəti və hökumətinin uğurudur”
28 iyun 2017-ci il tarixdə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Rəhbər Komitəsinin Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunub. Rəhbər Komitə Azərbaycanın əvvəlki statusda qalmasına qərar verib. Qərarda qeyd olunur ki, Rəhbər Komitə son vaxtlar Azərbaycan hökumətinin QHT-lərlə bağlı problemlərin həlli istiqamətində atdığı müsbət addımları pozitiv qiymətləndirir və dəyərləndirir. Bu addımlar 2016-2018-cı illər üçün Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı konsultasiya mexanizminin, çoxtərəfli Açıq Hökumət Platformasının yaradılması, qrant müqavilələrinin qeydiyyatı üçün “bir pəncərə” sisteminin tətbiqini ehtiva edir. Rəhbər Komitə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Standartlar və Kriteriylar üzrə Altkomitəsinə 15 sentyabr 2017-ci il tarixə kimi Azərbaycan hökuməti və bütün maraqlı tərəflərin, eləcə də xarici ekspertlərin iştirakı ilə yeni tövsiyyələr hazırlanmasını həvalə edib. Azərbaycan hökumətinə də 1 il müddətində bu tövsiyyələrin icrası üçün zaman verilməsi qərara alınıb.
“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik qəbul edilib
Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 12-ci (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası) maddəsinin 4-cü bəndinə dəyişiklik layihəsi müzakirə olunub. Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib
Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək
Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək. Universitetdən “Olaylar” – a bildirilib ki, Türkiyənin İstinye Universitetinin rektor köməkçisi Göksel Aşan, Beynəlxalq Proqramlar direktoru İsmail Çiftçi və İnsan Resursları Departamentinin direktoru Eda Usta dünən Qərb Universitetində olublar. Tərəflər arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib və birgə mübadilə proqramlarının həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Əcnəbilərin Azərbaycanı tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir
Azərbaycana daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir. Bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə təklif olunan yeni, 11-ci bənd Milli Məclisdə müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, turistlərin gəliş-gedişinin asanlaşdırılmasında mühüm addımdır. Yeni bəndə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Maddəyə edilən digər dəyişiklik isə elektron formada sürətləndirilmiş qaydada müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılmasını təmin etməyin rəsmiləşdirilməsi ilə bağlıdır. Layihə səsə qoyularaq qəbul olunub.
Dövlət büdcəsinə dəyişiklik təsdiq edildi
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. İclasda vitse-spiker, Məhkəmə Hüquq Şurasını üzvü Ziyafət Əsgərov məhkəmə sistemində aparılan islahatlar barədə məlumat verib. Bildirib ki, bu sahədə aparılan islahatlar məhkəmələrə ictimai etimadı xeyli yüksəldib. Artıq insanlar pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər.
“Bakcell”dən “YouTube” istifadəçiləri üçün yeni internet paketləri
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ən populyar video platformalarından biri olan “YouTube”dan istifadənin kütləviliyini nəzərə alaraq abunəçilər üçün eksklüziv “YouTube” internet paketini istifadəyə verib.
Jurnalist həmkarlar ittifaqlarının durumu müzakirə edilib
Jurnalistlərin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi həyata keçirilir. Dünən layihə çərçivəsində “Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanın media cameəsinin nümayəndələri ilə yanaşı beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin təmsilçiləri, xarici ekspertlər də iştirak edib.
IX sinif şagirdlərinin buraxılış imtahanlarında yazdıqları inşalara verilən qiymətlər açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında IX sinif şagirdləri tərəfindən yazılmış inşalara (esselərə) verilən qiymətləri elan edib.
İsa Həbibbəyli AMEA əməkdaşlarının mənzil bölgüsü ilə bağlı məsələyə münasibət bildirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının mənzil bölgüsü ilə bağlı mətbuatda yayılmış fikirlərə münasibət bildirib. AMEA-dan verilən məlumata görə, İ. Həbibbəyli Akademiyada mənzil bölgüsü ilə əlaqədar narahatlıq keçirən elm adamlarının vəziyyətini başa düşdüyünü bildirib.
Vətəndaşların aldadılması halları artıb
Son vaxtlar insanların dövlət və özəl qurumlar tərəfindən aldadılması məsələsi aktuallaşıb. Ən xırda görülən işdən tutmuş bank əməliyyatları və mənzil alqı-satqısına qədər vətəndaşların aldaılmasının şahidi oluruq. Belə ki, tərəflər arasındakı münasibətlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq bir çox hallarda sadə vətəndaşların etibarından sui-istifadə hallarına yol verilir.
Hələ -ov, yev-lərdən qurtula bilməmişik
Son günlər cəmiyyətdə əsas müzakirə edilən məsələlərdən biri də xarici dillərlə bağlıdır. Daha doğrusu rus dilinin xarici dil kimi tədrisi ideyası, təşəbbüsüdür. Bir çoxları rus dilinin orta məktəblərdə xarici dil kimi tədrisini təklif etdiyi halda, digərləri qətiyyətlə buna qarşı çıxır, rus dilini yaxına biraxmaq istəmirlər.
Ermənistanın cəzasız qalması yolverilməzdir
Hazırda bir sıra beynəlxalq təşkilatlar qarşılarına qoyduqları hədəflərə nail olmaq iatiqamətində müxtəlif problemlərlə üzləşiblər. Vəziyyət o həddə çatıb ki, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasını təmin etməkdə açizlik nümayiş etdirilər. Belə qurumların ayrı-ayrı dövlətlərə qarşı nümayiş etdirdikləri ikili standartlar isə onalrın tamamilə nüfuzdan düşməsinə səbəb olub. Yaranmış vəziyyət həmin təşkilatlarda islahatların aparlması zərurətini gündəmə gətirib. Avropa Şuası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında da qurumun fəaliyyətinin təkmilləşdirilməsi məsələsi gündəmdə olub. Belə ki, qurumun sessiyasında Büro və daimi komitənin ənənəvi hesabatı dinlənilib. Hollandiyalı deputat Tini Koksun hesabat məruzəsi isə təbii ki, parlamentariləri razı sala bilməyib.
Oqtay Əsədov yeni hakimlərə tövsiyyə etdi: “Tərəziniz daim düz olsun”
Spiker Oqtay Əsədov Milli Məclisin növbədənkənar sessiyasında yenidən etimad göstərilmiş hakimlərə öz məsləhətlərini verməyi də unutmayıb. “Olaylar” xəbər verir ki, O. Əsədov hakimləri öz qərarlarında düzgün olmağa çağırıb: “Sizdə tərəziyə “femida” deyirlər. Ona görə də arzu edirəm ki, tərəziniz daim düz olsun. Ədalət ürəyinizdə olsun. Sizə işlərinizdə uğurlar arzulayıram”.
Deputat: “Yaltaqlıq edən məmurlar cəzalandırılsın”
"Bəzi adamlar söyləyir ki, Azərbaycanda yalnız bir kişi var, indi həmin adamlar özlərini kişi saymır?" “Olaylar” xəbər verir ki, Milli Məclisin növbədənkənar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyevin söylədiyi bu fikirlər iclasda gülüşə səbəb olub.













