Sosial
Bakı Ali Neft Məktəbinin məzun və tələbələri STAR-da işləyəcək
Bakı Ali Neft Məktəbində Türkiyədə inşa edilən STAR neft emalı zavodunda işləyəcək 29 məzun və istehsalat təcrübəsi keçəcək 20 tələbə ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə SOCAR-ın vitse-prezidentləri David Məmmədov, Xalik Məmmədov, Tofiq Qəhrəmanov, “SOCAR Turkey Enerji A.Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və s. iştirak ediblər.
Sərnişin qatarlarında qiymət tənzimlənməsi aparılacaq
Sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi həyata keçiriləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyıətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a daxil olan məlumata görə. bunun üçün 15.07.2017-ci il tarixdən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.
Hər kəsin gözü önündə qadını zorla maşına mindirməyə çalışdılar - VİDEO
Türkiyənin Qaziantep rayonunda axşam saatlarında avtomobil yolunda qəribə hadisə baş verib. Gənc qadını 3 nəfər yolun ortasında zorla avtomobilə mindirməyə çalışıblar.
Mədəni turizm əsasları adlı təlim - İsmayıllıda
İyulun 4 – də İsmayıllı rayon Uşaq Kitabxanasında AMEA-nın Gənc alimlər və mütəxəssislər Şurası və Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin birgə təşkilatçılığı ilə mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar çərçivəsində “Mədəni turizm əsasları” mövzusunda təlim keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, AMEA ilə imzalanmış Əməkdaşlıq memorandumu əsasında təşkil olunmuş treninqin əsas məqsədlərindən biri respublikada turizm və mədəniyyət sahələrinin inteqrasiyasını təmin etmək, habelə bu təsisatların fəaliyyət istiqamətlərinin daha geniş və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanların və qarşılıqlı maraqların müzakirəsidir.
Meyxanada bayağı və təhqiredici sözlər
Son illərdə el şənlikləri, toy mərasimlərində tez-tez rast gəldiyimiz mənzərələrdən biri də həmin məclislərdə meyxanaçılar, söz xiridarlarının olması, bir-biri ilə söz yarışı etməsidir. Artıq bu mənzərəyə təkcə el şənlikləri, toy mərasimləri deyil, hətta televiziya kanallarında da rast gəlmək mümkündür.
Zoologiya İnstitutu Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA verdi
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Kürdəmirdə insanlar tərəfindən nadir heyvanın tapılması ilə bağlı məlumatlara aydınlıq gətirib. İnstitutun direktoru Elman Yusifov bildirib ki, həmin heyvan nadir deyil və ona Azərbaycanın faunasında rast gəlinir. E.Yusifov həmin heyvanın adının şneyder kərtənkələsi və ya uzunayaq ssink olduğunu açıqlayıb.
Malyariyanın yayıldığı ölkələrə gedib-gələn şəxslərə nəzarət olunacaq ƏMR
“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nınicrasını təmin etmək, eləcə də ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində səhiyyə sahəsində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə səhiyyə nazirinin əmri ilə Fəaliyyət Planı təsdiq edilib.
Məhərrəm Qasımlıdan yeni ktab
“Elm və Təhsil” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlının “Folklor və ədəbiyyat araşdırmaları” adlı yeni kitabı işıq üzü görüb. Aşıqlar Birliyinin katibi, əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu “Olaylar” – a bildirib ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 10 aprel 2017-ci il tarixli 5 saylı qərarı ilə çap olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədova, tərtib edəni isə Təranə Vəliyevadır. Kitabda Məhərrəm Qasımlının elmi-nəzəri səpkidə yazdığı əsərləri, xüsusən də onun folklor və divan ədəbiyyatı, eləcə də çağdaş ədəbi həyat barədəki araşdırmaları yer alıb.
Əbülfəs Qarayev İranın vitse-prezidenti ilə görüşüb
İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar Tehranda səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin vitse-prezident, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir diqqətə çatdırıb ki, iki qonşu və dost ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir.
Arzu Rəhimov Türkiyə nümayəndə heyətini qəbul edib
Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olubar.
Səhiyyə sahəsində 28 saxta diplom aşkarlandı
Bu ilin ötən dövründə səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib. Bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
Çexiyadakı səfirliyimizdən maşınında qətlə yetirilən iş adamı haqda AÇIQLAMA
Azərbaycanın Çexiyadakı səfirliyi bu ölkənin paytaxtında qətlə yetirilən həmyerlimiz barədə məlumat yayıb. Səfirlikdən daxil olan məlumatda bildirilir ki, iyunun 29-da Azərbaycan vətəndaşı Rəşad Qafarov Çexiyanın Praqa şəhərində özünə məxsus nəqliyyat vasitəsində cansız vəziyyətdə polis tərəfindən aşkarlanıb.
“Seanews.az” əmtəəə nişanı aldı
İxtisaslaşmış online dəniz xəbərləri saytı “Seanews.az” öz brendini Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirib. Bununla da sayta müvafiq patent verilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, sayt dövlət reyestrində 23.05.2017-ci il tarixində qeydiyyata alınıb. Standartlaşdırm Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Seanews.az” -a əmtəə nişanı təqdim olunub.
Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılır
Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İB-nin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işlərini davam etdirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, mezokaynazoy çöküntülərinin regional izlənilməsi və müxtəlif yaşlı çöküntü komplekslərinin qalınlıqlarının öyrənilməsi məqsədi ilə aparılan işlər zamanı ümumilikdə neftli-qazlı rayondan keçən dörd profil boyu 312 xətti kilometr həcmində 2D (ikiölçülü) seysmik kəşfiyyat, eləcə də hər biri 340 xətti kilometr olan qravimetrik və maqnitometrik tədqiqat işlərinin görülməsi nəzərdə tutulub. İşlərə cari ilin aprel ayından start verilib.
Eks deputat: Atanız Heydər Əliyevə danışmaq üçün “vaxt verirdi” – Bakılı-rayonlu davası
Eks millət vəkili, yazıçı Xeyrəddin Qoca bəstəkar Aygün Səmədzadənin rayonlular barəsində sosial şəbəkədə paylaşdığı fikirlərinə kəskin şəkildə cavab verib. Yazıçını daha çox qıcıqlandıran bəstəkarın “Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın…” sözü olub.














