Sosial
Naxçıvanda hava hücumundan müdafiə dəstələri ayağa qaldırıldı
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimləri keçirilir.
“Vikipedia”da ədiblərimiz haqqında dörd dildə məlumat yerləşdirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görkəmli ədiblərimiz Süleyman Sani Axundov, Abbas Səhhət, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Qasım bəy Zakir, Cəfər Cabbarlı, Mizə Şəfi Vazeh haqqında “Vikipedia”dakı məqalələr italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək “Vikipedia”nın xarici dillər bölmələrində yerləşdirilib.
HDİM ailədaxili problemlərlə bağlı maarifləndirmə işi aparıb-Layihə başa çatdı
Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsini yekunlaşdırıb.
İran və Azərbaycan Milli kitabxanaları arasında anlaşma memorandumu imzalanacaq
İranda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Tehranda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 4-də İranın vitse-prezidenti, Milli Kitabxana və Arxiv İdarəsinin baş direktoru xanım Əşrəf Burucerdi ilə görüşüb.
AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında iki yeni kitab təqdim olundu
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu “Naxçıvan dialekt və şivələrinin lüğəti” və Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı kitabların təqdimat mərasimi keçirilib. Bölmədən “Olaylar” – a bildirilib ki, bölmənin Elektron Kitabxanasında keçirilən tədbirdə kitabxananın direktoru Nuridə Kəngərli çıxış edərək hər iki kitabın elmi dəyərindən danışıb.
İlin əvvəlindən dünyada 3 mindən çox miqrant həlak olub
Bu ilin əvvəlindən etibarən dünyada 3 mindən çox miqrant və qaçqın həlak olub. Bu barədə Beynəlxalq Miqrasiya Agentliyinin yeni hesabatında qeyd olunur. Bildirilir ki, bu müddət ərzində Avropaya dəniz yolu ilə 101 mindən çox miqrant gəlib. Onların 85 faizi İtaliya, qalanları Yunanıstan, Kipr və İspaniya ərazisindən keçib.
26 yaşlı qadın analıqdan məhrum oldu - Tovuzun Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ - VİDEO
ARB 24 xəbər verir ki, Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımova 26 yaşında analıqdan məhrum olub. Ailə üzvləri deyir ki, Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.
Azərbaycanın palçıq vulkanlarında yeni minerallar və daş kömür aşkarlandı
Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.
SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil edilib
SOCAR və Almaniyanın UniPer şirkəti arasında Əməkdaşlıq Sazişinə əsasən mühəndislər, gənc mütəxəssislər arasında təcrübə mübadilələri aparılır, bir sıra digər layihə və proqramlar həyata keçirilir, işgüzar görüşlər təşkil olunur.
Nobel mükafatı laureatı: "Azərbaycan istedadlı insanlar diyarıdır"
"Azərbaycanda istedadlı insanlar çoxdur. Ölkədə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir". “Olaylar” xəbər verir ki, bunu Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskott "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransında söyləyib. Nobel mükafatçısı iyulun 3-də Azərbaycan Respublikasının Qusar şəhərində işə başlayan konfransda fəxri qonaq kimi "ABŞ iqtisadiyyatının mövcud vəziyyəti" adlı məruzə ilə çıxış edib.
Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycandakı rəhbərini qəbul edib
İyulun 4-də Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.
Azərbaycanda "VAZ-2107"də zorlama: qızı maşına mindirdi, kəndə apardı...
Qazax rayon sakini İsmət Mahmudov tanışı ilə cinsi əlaqədə olmaqda ittiham edilib. İstintaq orqanını gəldiyi nəticəyə görə, hadisə 27 fevral 2015-ci il tarixdə baş verib.
Kimlər imtahana buraxılmayacaq?
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də növbəti imtahanlar keçirəcək. DİM-dən verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26709 nəfərin iştirak edəcəyi gözlənilir.
Seksual azlıqlar çay evinə hücun ediblər
Seksual azlıqların nümayəndələrindən ibarət qrup Bakıdakı çay evinə hücum edərək oranı talana məruz qoyub. Hadisə iyulun 3-dən 4-nə keçən gecə Nizami rayonunda, 24-cü polis bölməsinin ərazisində baş verib.
“Zamanın çağırışlarını ilk eşidən KİV nümayəndələri olmalıdır”
Demokratik ölkənin mediasının inkişafı üçün öncə KİV -ə söz, məlumat azadlığı verilməli və plüralizm şəraiti yaradılmalıdır. Azərbaycanda bu imkanlar konstitusiyamızda müvafiq maddələrlə təsbit olunub.














