Sosial
Ektrasenslər insan ENERGETİKASINI POZAN 5 elementi açıqladı
Qarderob təkcə geyim kolleksiyası deyil. Düzgün tərtib olunmuş qarderob insana uğurlu olmağa və bir çox pisliklərdən çəkinməyə kömək edir. Ümumiyyətlə paltarlarla bağlı qədimdən bəri çoxsaylı inanclarmövcuddur.
Azərbaycanda İLK: palçıq vulkanınından qızıl, mis, dəmir tapıldı
Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.
Azərbaycanda məscidlərin sayı açıqlandı
Azərbaycanda 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə, 2246 məscid mövcuddur. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) bu gün cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.
Radikallığı təbliğ edən 39 kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb
2017-cı ilin yanvar-iyun ayları ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) daxil olmuş müraciətlər əsasında 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Azərbaycanda 15-17 yaşlı qızlar abort etdirib
2016-cı ildə Azərbaycanda 34569 abort qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanovməlumat verib.
Ombudsmanın nümayəndəsi beynəlxalq treninqdə ekspert qismində iştirak edib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Avropa Şurası ilə birlikdə ölkəmizdən olan gənc multiplayerlər və təlimçilər üçün insan hüquqları təhsili və demokratik vətəndaşlıq mövzusunda təlim kursu təşkil edib.
DSX-nin Nümunəvi Hərbi Orkestri beynəlxalq festivala qatılıb
Dövlət Sərhəd Xidmətinin təmsilçiləri Şəki şəhərində keçirilən və artıq ənənə halını almış “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalına qatılıblar.
Qəbələdə qadınlar üçün “Karyerada ilk addım” adlı təlim keçirilib
4 iyul 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ “ASAN xidmət” mərkəzində qadınlar üçün “Karyerada ilk addım” adlı təlim keçirilib.
“Azərenerji” ASC iyun ayı ərzində 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib
“Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinin verdiyi məlumatda göstərilir ki, 2017-ci ilin iyun ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,537 milyard kilovat-saat olub.
Beynəlxalq Ticarət Mərkəzinın direktoru ilə müzakirələr aparılıb
İyulun 4-də İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzaleslə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzalesi Azərbaycana ilk səfəri və Mərkəzin ölkəmizlə əməkdaşlığa başlaması münasibəti ilə təbrik edib, Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyi olan Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycan 25 ildir ki, BMT ilə, eləcə də BMT-nin UNCTAD, UNİDO, UNESCO və digər qurumları ilə uğurlu əməkdaşlıq edir. 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli icra mexanizmi kimi ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Nazir Şəkidə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 7-də saat 1230-da Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Daha 5 dövlət müəssisəsi özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.
Qusarda keçirilən II Beynəlxalq Tələbə Konfransı davam edir
Azərbaycan Respublikasının Qusar şəhərində iyulun 3-də başlayan “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı davam edir.
Mənzillərin veriləcəyi şəxslər bəlli oldu - AÇIQLAMA
Azərbaycanı Çinin saxta avtomobil ehtiyat hissələri bürüyüb
Azərbaycanda avtomobillərin sayı çoxaldıqca, yeni ehtiyat hissələrinə və ustalara da tələbat artır. Bu sahə gəlirli olduğu üçün bəzi "işbazlar" min bir hiyləyə əl atır. Fürsətcil maşın ustaları çox pul qazanmaq üçün avtomobil sahiblərini aldatmaqdan belə, çəkinmirlər. Avtomobildəki problemi müəyyənləşdirmədən yeni detal aldırırlar. Böyük avtoservislərdə bu məsələyə görə məsuliyyət daşıyan olsa da, kiçik təmir sexlərində belə deyil. Böyük avtoservislərdə qiymətlər baha olduğu üçün avtomobil sahibləri əksər hallarda kiçik təmir sexlərinə üz tuturlar.













.jpg)
