Ombudsmanın nümayəndəsi beynəlxalq treninqdə ekspert qismində iştirak edib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Avropa Şurası ilə birlikdə ölkəmizdən olan gənc multiplayerlər və təlimçilər üçün insan hüquqları təhsili və demokratik vətəndaşlıq mövzusunda təlim kursu təşkil edib.
4 İyul 2017 18:24 SosialAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Avropa Şurası ilə birlikdə ölkəmizdən olan gənc multiplayerlər və təlimçilər üçün insan hüquqları təhsili və demokratik vətəndaşlıq mövzusunda təlim kursu təşkil edib. "Olaylar" xəbər verir ki, Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadənin də ekspert qismində qatıldığı, Avropa Şurasının Gənclər Departamentinin dəstəklədiyi, insan hüquqlarının təbliği məqsədini daşıyan KOMPAS təlim kursu yerli, regional və milli səviyyədə tədris layihə və tədbirlərinin icrası üçün gənclər və onlarla işləyən vətəndaş cəmiyyəti təsisatları vasitəsilə insan hüquqları təhsilinin və bu sahədə çalışanların, qeyri-hökumət təşkilatları üzvlərinin, gənc liderlərin və təlimçilərin bacarıqlarının artırılması məqsədini daşıyır. R.Rumzadə təqdimatında insan hüquqlarının milli və beynəlxalq müdafiə mexanizmləri, bu sahədə beynəlxalq qanunvericilik aktlarının implementasiyası məsələləri və tətbiqi əsasları, ölkəmizdə həyata keçirilən islahatlar, insan hüquqlarının effektiv müdafiəsi baxımından Ombudsmanın fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşmüş, mövcud təcrübədə və qarşıda duran işlər barədə iştirakçılara ətraflı məlumat vermiş və fikirlərini bölüşmüşdür.Treninqdə əhalinin müxtəlif qruplarının hüquqlarının təmini və bu sahədə gənc təlimçilərin layihə ideyaları üzrə interaktiv müzakirələr aparılmış, Ombudsmanın nümayəndəsi tərəfindən iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.