Sosial

Qadınlara necə kişi lazımdır: intellektual, seksual, yoxsa? - Bürclər ÜZRƏ SEÇİM

21 İyul 2017 19:04

Hər bir qadın ideal kişi ilə ailə qurmağa çalışır. Əlbəttə, hər kəsin ideal anlayışı tamamilə müxtəlifdir. Bəs qadınlar seçim edərkən nəyə əsaslanırlar? Siz təəccüblənəcəksiniz, amma bu seçim bürclərin xarakteristikasından çox asılıdır.

7 icra məmuru işdən azad edilib

21 İyul 2017 19:03

Bu ilin birinci yarısında fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 7 nəfər isə tutduğu vəzifədən azad edilib.

Ramil Usubovdan YENİ TƏYİNATLAR

21 İyul 2017 19:01

Daxili işlər naziri Ramil Usubov yeni təyinatlar edib. Nazir Biləsuvar rayonunun Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik leytenant Mehman Abışovu vəzifəsindən azad edərək, Cəlilabad rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunması barədə əmr imzalayıb.

İstanbulda Türkiyə və Azərbaycanın işgüzar dairələri bir araya gəlib

21 İyul 2017 18:54

Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) Türkiyə-Azərbaycan ikitərəfli biznes və iqtisadi əlaqələrini müzakirə etmək üçün hər iki ölkənin işgüzar dairələrinin iştirak etdiyi yüksək səviyyəli tədbir keçirilib. Tədbir İstanbuldakı “Four Seasons Hotel Bosfor”da baş tutub. Hər il keçirilən və sayca altıncı olan bu toplantı DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəsi Rəna Rzayeva və "Paşa Bank Türkiyə"nin Baş Meneceri Cənk Eynehan tərəfindən təşkil olunub. Avropa Azərbaycan Cəmiyyətindən "Olaylar" - a bildirilib ki, tədbir təşkilatlarının hər biri öz məruzə və təqdimatında iki ölkə arasında ticarətin indiki vəziyyəti, inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan söhbət açıb.

"Facebook"da xəbər oxumaq pullu ola bilər

21 İyul 2017 18:52

"Facebook" istifadəçilərə ən yeni məlumatları verəcək yeni ödənişli xidməti istifadəyə verəcək.   Xidmət "Cəlb məqalələr" funksiyası əsasında işləyəcək ki, bu da istifadəçilərə şəxsi xəbər lentində xəbər kontentini izləməyə imkan verəcək.

17 yaşlı qızın bədəninə cin necə girdi?

21 İyul 2017 18:50

Həkimlik fəaliyyətimin ilk illərində müayinə etdiyim bir az yaşlı pasientimi xatırlayıram. Məcburi köçkün kimi yerləşdikləri zirzəmi tipli yarıqaranlıq otaqda halsız idi, danışa və yeriyə bilmirdi.

Qaxda 100-dən artıq ağac qanunsuz kəsildi

21 İyul 2017 18:38

Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, şikayət ETSN-in 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib

21 İyul 2017 18:30

Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə “Binəqədi Bələdiyyələri hesabat verir” adlı tədbir keçirilib.  Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki,  tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, RİH başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov və Elman Dadaşov, Binəqədi rayonunun bələdiyyə sədrləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bələdiyyələrin Məhəllə Komitələrinin sədrləri, seçicilər, KİV nümayəndələri və Bakı şəhərinin digər rayonlarının bir sıra bələdiyyə sədrləri iştirak ediblər.

Jurnalistlərin binasına internet pulsuz çəkiləcək

21 İyul 2017 18:10

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.

“Korrupsiyaya qarşı mübarizəyə dair normativlər” nəşr edilib

21 İyul 2017 17:59

“OLAYLAR”-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi istiqamətində “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirliyin 2017-ci il üçün iş planı təsdiq edilib.

Milli QHT Forumu mətbuat gününü qeyd etdi

21 İyul 2017 17:57

Azərbaycan Milli QHT Forumu (MQF) New Baku Hotelində Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni jurnalistləri bayram münasibətilə təbrik edib, 142 illik yubileyini qeyd edən Azərbaycan milli mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışdı.

Yunus Oğuz dünyası

21 İyul 2017 17:49

Yunus Oğuzu illər öncə tanıdım. Bir siyasətçi, yazıçı kimi yox, müəllim kimi. Siyasi Natiqlik Məktəbi yaratmışdı. Pul qazanmaq üçün yox, öyrətmək üçün. Öyrətdi də. Məntiq,fəlsəfə, politologiya dərsləri deyirdi bizə. Vaxtının çox hissəsini pulsuz-parasız şəkildə bizə ayırırdı. Tək bir məqsədi özümüzü, kimliyimizi dərk etməyi idi. Bu məktəbi keçənlərin böyük əksəriyyəti bu gün cəmiyyətdə söz sahibi olan insanlardır. Və şəxsən mən buna görə Yunus Oğuza borcluyam.

“Gənc Elçilər” Xarici İşlər Nazirliyində

21 İyul 2017 17:46

“Gənc Elçilər” Proqramı çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məlumat turu keçirilib. Milli Şuradan “OLAYLAR”-a daxil olan məlumata görə, bir günlük məlumat turu çərçivəsində Xarici İşlər Nazirliyinin müxtəlif idarələrinin rəhbər nümayəndələri tərəfindən gənclərə Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri barədə “Gənc Elçilərə” ətraflı məlumat verilib.

Paytaxtda yeni məktəb binaları inşa olunub

21 İyul 2017 17:45

Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri təsdiqlənib

21 İyul 2017 17:35

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasınınnövbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib.