Sosial

Təhsil naziri Zaqatalada vətəndaşları qəbul edəcək

24 İyul 2017 11:20

Təhsil naziri Mikayıl Cabbarov avqustun 1-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək.

Səyyar ASAN qatar Siyəzəndə 

24 İyul 2017 10:22

Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyul Tərtər şəhərində,  31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Məcburi köçkünlər yeni binalara köçürülür

22 İyul 2017 15:34

İyulun 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada məskunlaşmış məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə,püşkatma Komitədə yaradılmış komissiyanın, Xəzər Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yuxarı göstəriciləri sırasındadır.

Qəbələdə güclü yanğın

22 İyul 2017 11:34

Qəbələ rayonunun Məlikli kəndində vətəndaşa məxsus, ümumi sahəsi 163 m2 olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Şikayət yerində araşdırılıb

22 İyul 2017 11:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.  Nazirlikdən "Olaylar" -a bildirilib ki, əraziyə keçirilən baxış zamanı yaş köküstə 108 ədəd qovaq ağacının kəsildiyi məlum olub. Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən kəsildiyi və təbiətə 42790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Xəzərdə zəlzələ

22 İyul 2017 11:23

Xəzər dənizində zəlzələ olub. "Olaylar" Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, yerli vaxtla 23:40-da, Xəzər dənizində 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 62 km dərinlikdə yerləşib.

Züleyxa Nadir yazır...Mən sırtıq ola bilmədim

22 İyul 2017 10:00

Üçüncü kursda oxuyanda Tovuzun “Həqiqət” qəzetində təcrübə keçirdim.  Qəzetin çox sərt, həm də  özü və sözü bütöv redaktoru Musa Musayev bir gün mənə dedi ki, səndən jurnalist olmayacaq. Çox  təəccübləndim,  hətta dəhşətli dərəcədə heyrətə gəldim: “ Necə yəni olmayacaq? Mən bu  peşə üçün həyatımın neçə  ilini kitablarla yatıb-durmuşam ki, jurnalistika fakültəsinə daxil ola bilim”. Ürəyimdən keçənləri dilimə gətirdim: “Yox, Musa müəllim, mən jurnalist olacam”. Redaktorun cavabı illərdi yaddaşımdan qopmur. “ Bəlkə də sən  jurnalist ola bildin, amma yazılarından və imzandan başqa bu dünyada heç nəyin olmayacaq. Çünki jurnalist çox sırtıq  olmalıdı,  amma ifrat  dərəçədə  mədəniyyət nümayiş etdirməlidi”.

Günəbaxan və zeytun yağları ürək xəstəliklərinə təsir göstərmir?

21 İyul 2017 19:15

Günəbaxan və zeytun yağlarından çox istifadə olunması ürək xəstəliklərinin inkişafına təsir göstərmir. İspaniya sakinlərinin sağlamlığını geniş miqyasda araşdırmış Britaniya Kardiologiya Cəmiyyətinin mütəxəssisləri belə bir qənaətə gəlmişlər. Eksperimentə qatılan 40 min nəfərin üçdəbir hissəsini kişilər təşkil etmişdir.

Rənglər xasiyyətimizdən xəbər verir

21 İyul 2017 19:10

İngiltərədə aparılan bir tədqiqat insanların üstünlük verdiyi rənglərin onun xasiyyətini əks etdirdiyini ortaya çıxarıb. Psixoloqlara görə isti və soyuq adı altında iki qrupa bölünən rəngləri seçən insanın xarakterini bu rəngə əsasən müəyyən etmək olar. İsti rənglər olaraq qəbul edilən sarı, qırmızı və narıncı rəngi sevən insanlar istiqanlı, ünsiyyətcil və dostluğa sadiq olduğu halda soyuq rəng olan bənövşəyi, mavi və yaşılı sevənlər isə tam əksinə ünsiyyətdən qaçan, insanlar çox olan yerlərdə az-az görünməyə çalışan insanlar olduğu bildirilir.