Sosial

Avey dağı ərazisində arxeoloji araşdırma aparılır

24 İyul 2017 13:07

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu arasında bağlanmış üçtərəfli beş illik beynəlxalq memoranduma əsasən iyul ayının 18-dən Avey dağı ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlanılıb.

Erkən doğuş ən çox hansı yaş qruplarında olur?

24 İyul 2017 13:07

Qeysəriyyə kəsiyi əməliyyat edilənlərin əksəriyyəti təkrar bu əməliyyata girir. Bunu Səhiyyə Nazirliyi Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzi Hicran Kazımova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən çox olan qadınlar arasında olur: “Belə doğuşlarla müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklamsiya diaqnozu qoyulanlardır".

Dərsliklərin standartlara uyğunluğuna, xüsusən də elmi məzmununa ciddi diqqət yetirilməlidir

24 İyul 2017 13:03

Son vaxtlar X sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri mətbuatda geniş müzakirəyə səbəb olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi bu məsələ ilə bağlı institutun direktoru, akademik Yaqub Mahmudovdan  üçün məxsusi açıqlama alıb. Tarixçi-alimin açıqlamasında deyilir:

Külək davam edəcək

24 İyul 2017 13:01

İyulun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz  30-35° isti, Bakıda gecə 20-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa  enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq. 

İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalar təbliğ edilir 

24 İyul 2017 12:20

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi və "İMSİ" Gənclər İctimai Birliyinin təşgilatçılığı ilə “İnternat məzunu olan gənclərə “Davranış qaydaları və etik normaların” təbliği” layihəsi həyata keçirilir. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, layihənin əsas məqsədi dörd müəssisədən (Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, Sabunçu rayon 1 saylı xüsusi internat məktəbi və Xətai rayon 3 saylı uşaq evi) internat və uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq onlara davranış qaydaları, vətənpərvərlik və milli mənəvi dəyərləri təbliğ etməklə, onların dünyagörüşünün artırılması məqsədi ilə maddi-mədəniyyət abidələrinə gəzintilər təşkil etmək, maarifləndirici təlimlər keçməklə müstəqil həyata inteqrasiyasına köməklik göstərməkdir. 22 İyul 2017-ci il tarixdə "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin "İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalarının təbliği" layihəsi çərçivəsində təlimlərə start verilib.

Cavid Qurbanov: “Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”

24 İyul 2017 12:18

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısında işlərin gedişatı ilə tanış olublar. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Qars dəmir yolu vağzalından başlayan səfər Gürcüstanın Axalkalaki stansiyasına qədər davam edib. Dəmir yolu rəhbərləri texniki vəziyyətlə yerində tanış olmaq məqsədilə, Qars stansiyasından Türkiyə-Gürcüstan sərhədindəki tunelə qədər olan sahəyə və tunelə, tuneldən sonra isə Axalkalaki stansiyasına qədər olan sahədə infrastruktur obyektlərinə - dəmir yolu xətlərinə, süni qurğulara, inzibati bina və tikililərə, hərəkət tərkibi ilə bağlı digər sahələrə baxış keçiriblər.

Yeni hərracın tarixi açıqlandı

24 İyul 2017 12:16

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 avqust 2017-ci il tarixində keçiriləcək yeni hərraca 20 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 64 istifadəsiz qeyri-yaşayış sahəsi və 13 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 120 əmlak çıxarılıb. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Qazax, İmişli, Göyçay, Yevlax və digər bölgələrdə yerləşir.

Binəqədidə hesabat yığıncağı keçirilib

24 İyul 2017 12:15

Binəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasının yığıncağı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Modul tipli məktəblərin quraşdırılması davam edir  

24 İyul 2017 12:14

Ölkəmizdə modul tipli məktəblərin quraşdırılması davam edir. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu günədək 30 modul tipli məktəbin quraşdırılması başa çatıb, 35 məktəbdə isə bu sahədə iş davam etdirilir.

“Güney Azərbaycan nəsri” çap olundu

24 İyul 2017 11:44

“Nurlar” nəşriyyatı “Güney Azərbaycan nəsri” antologiyasını çap edib. Vaqif Sultanlı və İrəc İsmayılın təqdimi və “Ön söz”ü ilə yayınlanan antologiyaya Güney Azərbaycan bədii nəsrindən seçmələr daxil edilib. Nəfis tərtibatla çapdan çıxan kitabda Zeynalabdin Marağayi, Mirzə Əbdürrəhim Talıbov, Seyid Cəfər Pişəvəri, Həmzə Fəthi Xoşginabi, Pənahi Makulu, Həbib Sahir, Gəncəli Səbahi, Səməd Behrəngi, Qulamhüseyn Səidi, Rza Bəraheni, Nasir Mənzuri kimi tanınmış simalarla yanaşı, orta və gənc nəsli təmsil edən Əlirza Zihəqq, Əli Daşqın, Ruqiyyə Kəbiri, Eyvaz Taha, Aqşin Ağkəmərli, Səməd Niknam, Güntay Gəncalp, Vali Gözətən, Fəranək Fərid, Küyülü Səid Nəccari, Toğrul Atabay, Həmid Arğış və başqa yazıçıların yaradıcılığı da yer alıb.

"Google Play"də təhlükəli virus yayılıb

24 İyul 2017 11:42

"Google Play" internet mağazasında yer alan yüzlərlə mobil tətbiq (mobile application) "BankBot" adlı troyan virusuna yoluxub. Məlumata görə, "Dr. Web" antivirus şirkətinin mütəxəssislərinin sözlərinə görə, mobil cihaza daxil olduqdan sonra virus müxtəlif sosial şəbəkələrin messencerlərindən ("Viber", "Spanchat", "Instagram", "WhatsApp") yazışmaları ələ keçirir. Bununla yanaşı, virus mobil cihazın sahibinin bank hesablarını da ələ keçirməyə qadirdir.

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

24 İyul 2017 11:33

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Paytaxtda  yaşayış binası yanır

24 İyul 2017 11:30

Bakıda yaşayış binasında yanğın başlayıb. “Olaylar” xəbər verir ki, yanğın hadisəsi paytaxtın Yasamal rayonu İnşaatçılar prospekti 44 ünvanında qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Yanğınla əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də imtahan verəcəklər

24 İyul 2017 11:28

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş verən yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Bu barədə Dövət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

“Təmiz hava” aylığı keçiriləcək

24 İyul 2017 11:22

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində avqustun 1-dən 31-dək “Təmiz hava” aylığı keçirəcək. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, “Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.