Sosial
Sürücü sükan arxasında dünyasını dəyişdi
İyulun 23-də saat 15 radələrində Balakən rayonunun Sarıbulaq kəndi ərazisində rayon sakini Məhəmməd Bağdatov “VAZ-2107” markalı avtomobili idarə edərkən insult keçirdiyindən avtomobili yolun kənarındakı beton maneəyə vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Balakən RPŞ tərəfindən araşdırma aparılır.
Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinə istirahətə yola düşdülər
Nəsimi rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə layihəsi olan Şəki şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir. “Olaylar” xəbər verir ki, 24 iyul 2017-ci il tarixdə yeniyetmə məktəblilərin yay istirahətlərinin səmərəli keçirilməsi məqsədilə yaradılmış “Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Şəki şəhərinə yola salınma mərasimi təşkil olunmuşdur.
“Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib
İyulun 24-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı ilkin təlimat və hakimlər kollegiyasının iclası keçirilib.
Miqrasiya Xidməti cənub zonasında səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti Lənkəran regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Astara rayon Mədəniyyət Mərkəzində və Cəlilabadda Heydər Əliyev Mərkəzində səyyar xidmət təşkil edib.
Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planı təsdiqlənib
Təhsil naziri Mikayıl Cabbarov azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd Azərbaycanın ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.
Çaylar və transsərhəd çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Xətai Sənət Mərkəzində növbəti müsabiqə
Bakı Xətai Sənət Mərkəzi “Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsi elan edib. Mərkəzdən “Olaylar” – bildirilib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
İnsanlarda etibarsızlıq nədən yaranır?
Bu gün cəmiyyətimizdə, ətrafımızda qeydə alınan mənfi hallardan biri də etibarsızlıq, güvənsizlik sindromudur. Artıq vəziyyət o həddə çatıb ki, ən yaxın dostlar belə bir-birinə etibar edib güvənmir, ona qarşı ehtiyatlı davranır. Hər sözü, fikri yaxın dostu, hətta qardaşı ilə belə bölüşmür, paylaşmır. Çünki cəmiyyət elə bir forma alıb ki, sanki hər kəs bir-birinin söz daşıyıcısı, məxfi agentidir. Ona görə də hamı bir-birinə ehtiyatla yanaşır, onun yanında fikir söyləməyə, hər hansı bir hadisə barədə danışmağa ehtiyat edir. Təəssüfedici məqam ondan ibarətdir ki, bu tendensiya getdikcə daha da geniş spektri əhatə edir, daha mənfi hal almağa başlayır. Bəs görəsən bunun əsas səbəbi nədir və haradan qaynaqlanır?
Azərbaycanda 8 yaşlı oğlanı zorlayan manyak həbs edildi
Azərbaycanda 8 yaşlı oğlan 35-40 yaşlarında bir şəxs tərəfindən zorlanıb. Hadisə 21 iyul axşam saat 20:00 radələrində baş verib. Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri (mərhum xalq şairi Söhrab Tahirin oğlu) təsadüfən hadisənin şahidi olub və o cinayətkarın tutulmasında böyük fədakarlıq göstərib.
108 qovaq ağacını kəsmiş Qax sakini barəsində cinayət işi başlanılıb
Qax rayonunun İbaxlı kəndi ərazisində qovaq cinsli 108 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 42.790 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən daxil olmuş material Qax rayon prokurorluğunda araşdırılıb.
Əmək Nazirliyi 442,8 min nəfəri sosial müavinətlə, 58,6 min nəfəri Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-iyun aylarında respublika əhalisinin 4,4 faizi və ya 442,8 min nəfər aylıq və birdəfəlik sosial müavinətlə təmin olunub. Onlardan 86,6 faizinə aylıq, 13,4 faizinə isə birdəfəlik sosial müavinət ödənilib.
SOCAR-ın vitse-prezidenti xəbərdarlıq etdi: “Dələduazlara inanmayın”
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bəzi “işbazların” vətəndaşları aldadaraq SOCAR-da işə düzəltməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Məsələyə aydınlıq gətirən SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov deyib ki, şirkətə işə düzəlməklə bağlı mən və şirkətin İnsan resursları departamentinin rəisi Asif Bəkirli dəfələrlə mətbuatda və sosyal şəbəkələrdə ictimaiyyəti bilgiləndirmişik: “Bu bilgiləndirməyə baxmayaraq, görünür ki, hələ də bəzi insanlar digər aldananların acı təcrübələrindən dərs almayıblar.
Başqasının yerinə Həccə getmək olar – HÖKMLƏR
Bu ilin sentyabr ayında dünya müsəlmanları Qurban bayramını qeyd edəcək. Bayramla ərəfəsində Həcc ziyarətinə də start veriləcək.
1 saylı “ASAN kommunal”da yeni xidmət pəncərəsi fəaliyyətə başladı
1 saylı “ASAN Kommunal” mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, xidmət pəncərəsi vasitəsilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə və təbliğat kompaniyaları haqqında, həmçinin “Tikinti Monitorinq Sistemi”nin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırılma işi aparılacaq.
Bayram Səfərov: “Soçi görüşünün müsbət nəticələri olacaq”
İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezidentərin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində hansı addımların atılmasına səbəb ola bilər? Məsələ ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov açıqlama verib. O, deyib ki, İlham Əliyev prezidentliyi dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çalışır.














