Sosial

Umud Mirzəyev Qətərda media azadlığı ilə bağlı beynəlxalq tədbirə qatılıb

24 İyul 2017 18:41

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Qatarın paytaxtı Dohada beynəlxalq tədbirə qatılıb. Qatarın İnsan haqları üzrə Milli Komitəsinin Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Federasiya və Beynəlxalq Mətbuat İnstitutu ilə birgə təşkil etdiyi bu tədbir "İfadə azadlığı: Təhdidlə üz-üzə” adlanır. 2 gün davam edəcək tədbirin əsas məqsədi dünya ictimaiyyətini, vətəndaş cəmiyyəti təşkilatları, dövlət və dövlətlərarası agentliklərin diqqətini jurnalistlərə qarşı törədilən zorakılıqlara, təhlükəsiz fəaliyyətə yönəltmək, qarşılıqlı fəaliyyət mexanizmləri və əməkdaşlığı dərinləşdirməkdir.

DİN borclu və axtarışda olan şəxslərlə bağlı vətəndaşlara müraciət etdi

24 İyul 2017 18:04

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə,  son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün DİN-ə müraciətlər daxil olur. 

İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği müzakirə edilib

24 İyul 2017 18:01

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda ailə institutunun təbliği, bu institutun formalaşması və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu, İslamda ailəyə və qadına münasibət kimi mövzular müzakirə olunub.

Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə təcrübə keçir

24 İyul 2017 18:00

Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbəsi “SOCAR Türkiyə” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçir. “OLAYLAR”-ın xəbərinə görə, Ali Məktəbin 16 tələbəsi “Petkim” Petrokimya Holdinqinə daxil olan müəssisələrdə, 2 tələbəsi “STAR” neft emalı zavodunda, 2 tələbəsi isə “SOCAR Türkiyə” şirkətinin ofisində 2 ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıb.

Azərbaycan hərbiçiləri Moskvaya gedib

24 İyul 2017 17:59

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Bu barədə məlumat “OLAYLAR”-a Müdafiə Nazirliyindən daxil olub. Bildirilib ki,  hərbçilərimizdən ibarət digər qrup isə “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün yaxın günlərdə Qazaxıstana yola düşəcək.

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

24 İyul 2017 17:46

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. 

ETSN: Ləhiş-Kürdəxanı massivində qanunsuz zibilxana yaranıb

24 İyul 2017 17:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Kürdəxanı bağlar massivində yaşayan bir qrup sakin tərəfindən sözügedən ünvanda tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Tovuzda yol qəzasında ana ölüb, 3 övladı xəsarət alıb

24 İyul 2017 16:55

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yolun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində “QAZel” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobili toqquşub.

İƏT XİN rəhbərləri İstanbulda toplaşacaq

24 İyul 2017 16:46

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin görüşü İstanbulda baş tutacaq. Bu barədə İƏT-dən məlumat verilib. Görüşün avqustun əvvəlinə planlaşdırıldığı qeyd edilib. 

“Yay məktəbi”nə əlavə qeydiyyat başa çatıb

24 İyul 2017 16:42

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan “Yay məktəbi”nin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, “Yay məktəbi”ndəki boş yerlər üçün qeydiyyat 11-20 iyul tarixlərində aparılıb. VII və VIII sinfi bitirmiş şagirdlər “Məktəblinin dostu”nun Feysbuk səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər. Nəticələrə əsasən, ümumilikdə “Yay məktəbi”ndə avqustun 1-dən 31-dək 400-dən artıq şagird iştirak edəcək.

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olub

24 İyul 2017 16:29

İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olub.

Səbaildə 6 dilənçi saxlanıb

24 İyul 2017 16:22

Səbail RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 6 nəfər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, saxlanılan şəxslər barədə  protokollar tərtib edilib.

Komitə sədri tapşırıq verdi

24 İyul 2017 16:18

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Komitənin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müşavirədə cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparıldığı bildirilib.

BDU-nun fəaliyyətində nöqsanlar aşkarlandı

24 İyul 2017 16:11

Bakı Dövlət Universiteti (BDU) üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş audit zamanı universitetin fəaliyyətində bir sıra nöqsanlara yol verildiyi aşkarlanıb.