Sosial
Baş prokuror Gədəbəydə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov bu il iyulun 28-də saat 10:00-da Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluqdan “Olaylar”a bildirilib ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olacaq
24 iyul 2017-cı il tarixində saat 11:00-da AMEA-nın Tarix İnstitutunda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində elektron kitabların təqdimatı keçiriləcək.
Sosial mənzillər üçün kredit verəcək bank məlum oldu
Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qaydanı fəaliyyətində rəhbər tutan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılacaq güzəştli mənzillərin qiymətinin yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən daha aşağı olması əsas güzəştlərdən biridir.
Milli mətbuatımız milli mübarizə tariximizdir
Milli mətbuatımızın bayramı söz yaradıcılığının, fikir və düşüncə sənətkarlığının bayramıdır. Sözümüzün tarixi isə özümüz və özülümüz qədər dərindir. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycan ictimai fikir tariximin ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş vəsöz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü məhz Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi.
Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilə bilər
"Zərurət yaranarsa, paytaxtın Yusif Səfərov küçəsində aparılan optimallaşdırma işləri çərçivəsində adıçəkilən küçədə yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilə bilər".
Nazirlikdən qəbul ballarının diferensiallaşmasına münasibət
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bir sıra ixtisaslar üzrə qəbul ballarının diferensiallaşması ilə bağlı müsahibə verib.
İki avtomobildə 175 ədəd araq aşkar edilib
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında, Tovuz Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəqliyyat vasitəsi saxlanılıb. DGK-dan “Olaylar”a verilən məlumata görə, həmin nəqliyyat vasitələrinə baxış zamanı üzərində aksiz markası olmayan araqlar aşkar edilib. Avtomobillərdən birində sellofan torbalarda 30 ədəd, digərində isə qutuların içərisində 145 ədəd bir litrlik "Nemiroff" adlı araqlar aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Külli miqdarda siqaretin ölkəyə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində sağ və sol yan örtüklərin altında və qabaq sağ qanadın altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Fazil Məmmədov Ağdaşda qəbul keçirib
İyul ayının 21-də vergilər naziri Fazil Məmmədov tərəfindən Ağsu rayonunda Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
AMEA Naxçıvan Bölməsinin 6 aylıq nailiyyətləri
2017-ci ilin birinci yarısında AMEA Naxçıvan Bölməsi bir sıra yeni uğurlar əldə edib. Bölmənin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bölmə bu ilin birinci yarısında fəaliyyətini 6 istiqamət, 7 mövzu, 34 iş üzrə 78 mərhələdə davam etdirib. Bölmədə Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi, qədim əlyazmaları, günəş sistemi cisimlərinin tədqiqinə həsr olunan tədqiqatlar aparılıb.
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 24 iyuldan 14 avqustdək saat 18:00‑dək DİM (Gənclik binası, AZ1110, Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə) (bundan sonra - Mərkəz) tərəfindən aparılır. Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilər.
Dövlət azad mətbuatın inkişafında maraqlıdır
Sirr deyil ki, Azərbaycan mətbuatı daim dövlət qayğısı ilə əhatə olunub. Xüsusən, Prezident İlham Əliyev mətbuatın inkişafı, azad mətbuatın formalaşması, söz və fikir azadlının təmin olunması, eləcə də media işçilərinin sosial məişət şəraitinin yaxşılaşdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Artıq dövlət başçısı öz əməli addımları ilə medianın sərbəst fəaliyyətinin təminatçısı olduğunu sübuta yetirib. Milli Mətbuat günü münasibətilə daha 155 jurnalistə yeni mənzilin verilməsi isə dünyada anoloqu olmayan hadisədir.
Sabah Yunus Oğuzun doğum günüdür
Haynrix Böllün əsərləri tərcümə olundu
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “Bir təlxəyin düşüncələri” və “…Və bircə kəlmə də demədi” romanları daxil edilmiş “İki roman” kitabı işıq üzü görüb.
Halal və ədalətli bölgü
142 yaşın astanasında olan Azərbaycan mediası yenə özünün sevincli günlərini yaşayır. Yenə ölkənin mətbu cameəsinə bu sevinci bəsş edən Azərbaycan dövləti və onun Prezidenti Cənab İlham Əliyevdir.














