Sosial

Havanın temperaturu yenidən yüksəlir

26 İyul 2017 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55 % olacaq.

Sağlamlıq imkanları məhdud gənclər peşə təliminə cəlb olunub

26 İyul 2017 12:58

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyə qədər  1 150  nəfər gənc peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda isə Mərkəzdə 105 nəfər gənc peşə təlimindədir.

"Beynəlxalq Bank işi" ilə bağlı materiallar DİN-ə göndərilib

26 İyul 2017 12:55

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) əməkdaşları 2017-ci ilin I yarısında Daxili İşlər Nazirliyinin məktubuna əsasən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı 50 hüquqi və 5 fiziki şəxs üzrə aparılmış nəzarət tədbirlərini yekunlaşdırıb.

Abşeronda kütləvi qanun pozuntusu: Təhsil Nazirliyi məlumat yaydı

26 İyul 2017 12:41

Təhsil Nazirliyi bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Abşeron rayonundan vakansiyaların təqdim edilməməsinə münasibət bildirib.

İndoneziya “ASAN xidmət” modelini seçdi

26 İyul 2017 12:28

İyulun 26 – da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub. Agentlikdən “Olaylar” – a bildirilib ki, səfər zamanı Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İndoneziya Respublikasında dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandumu Azərbaycan tərəfdən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, İndoneziya tərəfdən bu ölkənin inzibati və bürokratik islahatlar naziri Asman Abnur imzalayıblar.

800-dən çox abituriyent yenidən imtahan verəcək

26 İyul 2017 11:54

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan 100-dən çox abituriyent iyulun 27-də keçiriləcək yeni imtahan üçün “imtahana buraxılış vərəqəsi”ni çap etməyib.

İxtisas seçərkən nələrə diqqət etməli?

26 İyul 2017 11:48

Ali məktəblərə qəbul imtahanı başa çatıb və iyulun 29-dan ixtisas seçimi başlayır. Abituriyentləri ən çox narahat edən məsələ isə topladığı bala uyğun ixtisas seçimidir. Digər ixtisas qruplarında olduğu kimi Dövlət İmtahan Mərkəzi IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.

GİN bu gün dünya səviyyəsində tanınmağa nail olub 

26 İyul 2017 11:45

“26 iyul Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yarandığı gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan gəncliyi üçün yaratdığı ən böyük reformalardan biri də bizim nazirlikdir”.

Avtomobil yolları tikinti norma və qaydalarına uyğun salınır

26 İyul 2017 11:44

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni tikilən, yenidən qurulan və bərpa olunan bütün avtomobil yollarında işlər tikinti norma və qaydalarına uyğun olaraq aparılır. Səhmdar Cəmiyyətin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması cəmiyyətin "Azəryolelmitədqiqatlayihə" İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır.

Naxçıvanda fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

26 İyul 2017 11:37

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərlərinin görüşü keçirilib.

İƏT Gənclər Forumu Qüds şəhərini İslam Dünyasının Gənclik paytaxtı elan etdi

26 İyul 2017 11:34

Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “İslam Dünyası Gənclik Paytaxtı” beynəlxalq proqramının seçim komissiyası, 2018-ci il üçün Qüds şəhərini “İslam Dünyasının Gənclik Paytaxtı” seçib.

UNEC-dən magistrlərə Avropa diplomu qazanmaq imkanı

26 İyul 2017 11:30

UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti (MRU) arasında magistratura səviyyəsində ikili diplom proqramının şərtləri müəyyənləşib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, proqrama “Maliyyə bazarları”, “Maliyyə menecmenti” və “Maliyyə nəzarəti və audit” ixtisasları üzrə təhsil alan, bakalavr dərəcəsi üzrə akademik göstərici – 80 baldan yuxarı olan və ingilis dili biliyi ən azı B2 səviyyəsində olan şəxslər müraciət edə bilərlər.

Azərbaycanlı alimin yeni patenti çap olunub

26 İyul 2017 10:54

 Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun yeni patenti (ixtirası) nəşr edilib (WIPO publication number: WO2017081520 A1). Akademiyadan "Olaylar" - a bildirilib ki, bu mühüm ixtira ilk dəfə olaraq bitki expresiya sistemi də daxil olmaqla bütün eukariotik zülal expresiya sistemlərində rekombinant zülalların (vaksinlərin, terapevtik zülalların, sənaye enzimlərinin, təbii aditivlərin və s.) hüceyrə daxilində, N-glukozilləşmə saytında aminturşu dəyişməsi baş vermədən təbii və şəkərsiz (N-glykozasiz) formada sintez edilməsi texnologiyasının yaradılmasından ibarətdir. 

ADU-da Yay məktəbi uğurla davam edir

26 İyul 2017 10:40

Azərbaycan Dillər Universitetində 2016-2017-ci tədris ilinin Yay məktəbi öz işini uğurla davam etdirir. Universitetdən “Olaylar” – a bildirilib ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın qərarına əsasən ödənişsiz təşkil olunan builki yay semestrində mühüm yeniliklər tətbiq olunub. ADU-nun Tələbə qəbulu və tələbə qeydiyyatı Mərkəzinin direktoru Rəna Fərəcovanın sözlərinə görə, bu yay semestrində ilk dəfə olaraq həm də onlayn şəkildə qeydiyyat aparılıb: “Onlayn qeydiyyat universitetimizdə ilk dəfə tətbiq olunub və bu, rayonlarda olan tələbələrin daha rahat və operativ qeydiyyatdan keçmələrinə şərait yaradıb”.