Sosial

Nazirlik araşdırdı

26 İyul 2017 08:23

İyulun 24 - də  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.  Nazirlikdən "Olaylar" - a bildirilib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda qeyri-yaşayış obyektinin ətrafının dəmir lövhələrlə hasarlandığı, söküntü işlərinin aparıldığı, hasar daxilində bioloji inkişafda olan yaş köküstə müxtəlif cinsli 30 ədəd ağac və 68 ədəd həmişəyaşıl kol olduğu müyəyyən edilib, kəsinti faktı aşkar olunmayıb.

Gözləriniz sağlamlığınız haqda nə deyir? - Bunları bilmək VACİBDİR

25 İyul 2017 19:15

Deyim var ki, gözlər qəlbin aynasıdır. Bütün duyğularımızı, sirli arzularımızı məhz gözlərimiz ələ verir. Sən demə, gözlər həm də vücudumuzun aynasıdır. Mütəxəssislər düşünür ki, xəstəliklərimizin əlamətlərini anlamaq üçün artıq həkimə ehtiyac qalmayacaq.

Alimlər: Hər insanın gündə 2,5 litr suya ehtiyacı var

25 İyul 2017 19:10

Tədqiqatlar göstərir ki, gün ərzində içilən suyun miqdarına görə hər iki nəfərdən biri orqanizmini susuz qoyur, yüngül susuzlama yaşayır. Orqanizmdə su azlıq təşkil etdikdə qan qatılaşır və bu da orqanlara oksigen və qida maddələrinin az miqdarda daxil olmasına gətirib çıxarır. Alimlərə görə, insan bədəninin 2/3-si sudan ibarət olduğu halda, biz çox az su içirik. Odur ki, hər bir insanın özünü yaxşı hiss etməsi üçün gündə 2,5 litr suya ehtiyacı vardır.

İsa Həbibbəyli: Elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur

25 İyul 2017 19:06

“Azərbaycan Milli Elmlər Akademiyasında elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur”. Bu fikri AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Xəbərdarlıq: Mobil telefonları arxa cibinizdə gəzdirin!

25 İyul 2017 19:05

Gündəlik həyatımızın ən önəmli bir parçasına çevrilən mobil telefonların həyatımızı nə qədər asanlaşdırdığı danılmaz bir faktdır, lakin ABŞ-ın Kaliforniya Universitetində aparılan araşdırmalar göstərib ki, mobil telefonların xeyiri qədər ziyanı da mövcuddur.

Kişilər qadınlarda nəyə aşiq olur? Bürclərə görə XARAKTERİSTİKA

25 İyul 2017 19:00

Kişinin aşiq olması üçün qadının xarici görünüşü nə dərəcədə rol oynayır? Ümumiyyətlə, kişilər qadınları hansı xüsusiyyətlərinə görə sevir? Ailem.az bürclərə görə kişilərin qadınlarda bəyəndiyi xüsusiyyətlər barədə danışacaq.

Sumqayıt yolundakı dəhşətli qəza ilə bağlı DAHA BİR FAKTIN ÜSTÜ AÇILDI

25 İyul 2017 18:53

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Tibbdə yenilik: Ana bətnində İİV-ə yoluxan uşaq tam sağaldı

25 İyul 2017 18:52

Ana bətnində İİV virusuna yoluxan uşaq tam sağalıb. Cənubi Afrikada 2007-ci ildə doğulan uşaqda İİV virusu aşkarlanıb. Uşaq 9 həftəlik olandan ona antiretrovirus müalicə tətbiq edilib. 31 həftə bu cür müalicə qəbul edən uşağın bədənində virus aşkarlanmayıb. Johannesburqdakı Perinal İİV Araşdırma Mərkəzi alimlərinin məlumatına görə, doqquz yaşına qədər dəfələrlə müayinə edilən uşağın bədənində virus qeydə alınmayıb. Bu uşaq oxşar müalicə ilə tam sağalan ikinci şəxsdir.

Parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA

25 İyul 2017 18:40

24 iyul 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Azercell-dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlanılıb

25 İyul 2017 18:26

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başlayıb. Proqram çərçivəsində 170 müraciət qeydə alınıb və imtahanlardan uğurla keçən 50 məktəbli layihədə iştirak etmək hüququ qazanıb. Məktəblilər üçün nəzərdə tutulan “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edir. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilir. 

Daha 7 dövlət əmlakı satıldı

25 İyul 2017 17:54

Əmlak Məsələləri Dövlət Komitəsi  növbəti belə hərracını 25 iyulda keçirib. “Olaylar” xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vətəndaşlığı verildi

25 İyul 2017 17:52

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri vətəndaşı statusu verilib. “Olaylar” xəbər verir ki, millət vəkilinə Fəxri Vətəndaşlıq Aksaray bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib. Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında  hər zaman Türkiyəyə dəstəyi, Aksarayın tanıdılması işi, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Aksarayın Fəxri Vətəndaşlığına layiq görülüb.