Səmkirdə qandonduran intihar:GƏNC ANA ÖZÜNÜ VƏ 2 AZYAŞLI ÖVLADINI QATARIN ALTINA ATDI

Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib.

APA-nın  verdiyi məlumata görə, hadisə iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00