Sosial

Ağlamaq orqanizmə faydalıdırmı?!

26 İyul 2017 19:25

Bəzən kədərdən bəzən isə sevincdən gözlərimiz yaşla dolar. Cəmiyyətdə ağlamağı bir zəiflik əlaməti kimi düşünənlər olsa da mütəxəsislər ağlamağın ən azı sevinmək və ya gülmək qədər normal bir proses olduğunu və insan orqanizmi üçün bəzi faydasınım mövcudluğunu vurğulamışlar.

AMEA: "Elmi ixtiralar əsasında hazırlanan məhsullar xarici bazara da çıxarılacaq"

26 İyul 2017 18:08

Elmi ixtiraların kommersiyalaşdırılması nəticəsində əldə olunan məhsullar yalnız daxili bazar üçün deyil, eyni zamanda xarici bazar üçün nəzərdə tutulub. Azərbaycan Milli Elmlər Akademiyasından  verilən məlumata görə, bunu AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair sazişin imzalanması mərasimində YTP-nin direktoru Vüqar Babayev deyib.

“BakuBus”da itən uşaq yaxınlarına təhvil verildi

26 İyul 2017 17:58

İyulun 26-da saat 16:05 radələrində “BakuBus”a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb. “OLAYLAR” -ın şirkətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal aidiyyatı orqanlara, həmçinin “BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.

Firdovsi Fərzəliyev karyerasında daha bir uğur qazandı

26 İyul 2017 17:57

Azərbaycan milli komandasının favoritlərindən Firdovsi Fərzəliev (-60 kq) Dünya Oyunlarının qalibi oldu. Polşanın Vroslav şəhərində mötəbər yarışda F.Fərzəliyev dünya reytinqinin birincisi, İranlı idmançı Əmir Mehdizadəni 4-2 hesabı ilə məğlub edərək karyerasında daha bir uğur qazandı. 

IV qrup üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı MƏLUM OLDU

26 İyul 2017 17:06

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan və rus bölmələri, habelə hər iki bölmənin birgə müsabiqəsi üzrə qəbul planı və dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı məlum olub.

Ağac kəsdi – cərimələndi

26 İyul 2017 17:04

16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub. 

Azərbaycanda uşaq ölümü daha çox bu rayonda baş verir

26 İyul 2017 16:36

Azərbaycanda 5 yaşadək uşaqlar, eləcə də körpələr arasında ölüm göstəricisi azalıb. 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü (1 yaşadək) şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.

AMEA Astanada "Energy, Life, Science" mövzusunda konfrans keçirib

26 İyul 2017 15:46

Qazaxıstanın paytaxtı Astana şəhərində "EXPO-2017“ Beynəlxalq sərgisi keçirilir. Bu  dəfəki sərgi “Gələcəyin enerjisi" mövzusuna həsr olunub. Akademiyadan “Olaylar” – a bildirilib ki, sərgidə 22 beynəlxalq təşkilat, Azərbaycan da daxilolmaqla 115 dövlə tiştirak edir. Ölkəmizi sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətidə təmsil edir. Sərgi çərçivəsində AMEA iyulun 26-da "Energy, Life, Science" mövzusunda konfrans təşkil edib.

Azərbaycanda söz azadlığı tam təmin edilib, bu sahədə hansısa məhdudiyyət yoxdur

26 İyul 2017 15:44

Müstəqillik əldə etdikdən sonra ölkənin hər bir sahəsində olduğu kimi media sahəsində bir inkişaf, tərəqqi müşahidə edilməyə başladı. Düzdür, ilk illərdə mediamız arzuedilən səviyyədə inkişaf etməsə də, lakin zaman keçdikcə bu sahədə müsbət tendednsiyalar özünü göstərməyə başladı. Xüsusilə dövlətin bu sahəyə olan diqqət və qayğısı, kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyəti üçün yaradılan şərait, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi mətbuatımızın əsaslı dərəcədə inkişafına gətirib çıxardı. Bu gün öz inkişaf yolunu keçən mətbuata bütün demokratik cəmiyyətlərə olduğu kimi fikir, söz, məlumat azadlığı şəraiti də yaradılıb.

Gəmiçiliyin Təlim Tədris Mərkəzi yenilənib

26 İyul 2017 15:42

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qurumun Təlim-Tədris Mərkəzində olub. “OLAYLAR”-ın Gəmiçilyə istinadən verdiyi xəbərə görə, təmirdən sonra yaradılan şəraitlə tanış olan Gəmiçiliyin sədrinə yeniliklər barədə məlumat verilib. Bildirilib ki, artıq dənizçilər peşəkar bacarıqlarını artırmaq üçün Təlim Tədris Mərkəzində yaradılan elektron kitabxanadan yararlana biləcəklər. Təlim Mərkəzinin mühazirə auditoriyaları və əməkdaşların iş otaqları da da təmir olunub. Bununla yanaşı, binada dinləyicilərin rahatlığı üçün kafeteriya təşkil edilib.

Tatarıstan nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

26 İyul 2017 15:40

Bakı Ali Neft Məktəbində Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin, Almetyevsk Dövlət Neft İnstitutunun və “PricewaterhouseCoopers” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Multikultural dəyərlərin tarixi kökləri müzakirə edilib

26 İyul 2017 15:39

Ağcabədi Pedaqoji Kollecində Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihəsi çərçivəsində “Multikultural dəyərlərin tarixi kökləri” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, icma üzvləri, gənclər və dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə  açan Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri M. Rzayev tarixən ölkəmizdə mövcud olan multikultural və tolerant ənənələrdən danışıb.

Millət vəkili Cavanşir Feyziyevin köməkçisi DAA-nın komitə rəhbəri təyin olundu

26 İyul 2017 15:38

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin qərarı ilə qurmun tərkibində insan haqları, lahiyə menecmenti və beynəlxalq əməkdaşlıq komitəsi yaradılıb. Assambleyadan “OLAYLAR”-a bildirilib ki, eyni qərarla xanım Həsənova Günay komitənin rəhbəri təyin olunub.

“İrəli” nin idarə heyətinin üzvü Koreyada rəsmi səfərdədir

26 İyul 2017 15:38

Azərbaycan- Koreya gənclərinin mübadilə proqramı 2005-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir və bir qrup azərbaycanlı gənc Koreyada buranın mədəniyyəti, gənclər siyasəti və gənclərlə bağlı aparılan bütün işlərlə tanış olur. “OLAYLAR”-ın xəbərinə görə. “İrəli” İctimai Birliyinin idarə heyəti sədrinin müavini Azər Əmirov da Koreya və Azərbaycan gəncləri arasında münasibətləri genişləndirən layihəyə rəsmi səfərdədir.