Sosial

Zaqatala və Balakəndə helikopterlərlə əməliyyat keçirildi - Saxlanılanlar var

27 İyul 2017 13:02

2017-ci il iyulun 25-26-da Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.

Partlayış olan fabrik deputatındır

27 İyul 2017 13:00

Lerikin Piran kəndində partlayış baş vermiş broyler fabriki deputat İqbal Məmmədova məxsusdur. Fabrik "Lerik Broyler" MMC ("Lebro") adı ilə fəaliyyət göstərir. Məlumata görə, fabrik deputatın atası Nəriman Məmmədov, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur.

“Leş mafiyası” at və eşşək ətini vətəndaşlara necə sırıyır?

27 İyul 2017 12:56

Ölkədə mənşəyi bəlli olmayan ərzaq məhsullarına qarşı ciddi mübarizə aparılmasına baxmayaraq hələ də bütövlükdə onun kökünü kəsmək mümkün olmayıb. Etiraf edilməlidir ki, inzibati və yaxud maarifləndirmə yolu ilə belə halların qarşısını almaq o qədər də effekti üsul hesab edilmir. Mütəxəssislərin qənaətinə görə, insan sağlamlığı üçün təhlükəli hesab olunan qida məhsullarına qarşı ictimai nəzarət artırılmalıdır.

UNEC-də məzun monitorinqi aparılıb

27 İyul 2017 12:51

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində 2016/17-cı tədris ili üçün məzun monitorinqi aparılıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, monitorinqin nəticələrinə görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 85%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. 81% magistraturaya qəbul olunub, 3% isə hərbi xidmətdədir.

Uğursuzluğa inanmaq doğrudurmu?

27 İyul 2017 12:47

İnsan fitrətən ətrafında baş verən hadisələrə müəyyən mənalar yükləməyə meyllidir. Bu kimi meyllər daha çox bütpərəstlik dövründə olmuşdur. Həmin dövrdə insanlar bir çox hadisələri uğursuzluq kimi yozmağa çalışmışlar. Əfsuslar olsun ki, ta həmin dövrdən qalma batil inanclar inanan cəmiyyətlərə də qismən təsir etmişdir. Günümüzdə cəmiyyətdə qarşılaşdığımız “evin damında bayquş uladı, başıma bir fəlakət gələcək, filankəsin iti uladı evimizdən cənazə çıxacaq” kimi fikirlər məhz həmin batil düşüncələrdəndir ki, bunların dinlə heç bir əlaqəsi yoxdur. Bunların heç biri Allaha inanmaq və güvənməklə əlaqəli ola bilməz. Ayədə bildirilir ki, “Allah hər şeyi ən gözəl şəkildə yaratmışdır. Müsəlman heç bir hadisəni uğursuzluğa yozmamalıdır. İnanan insanın fikrincə hər şey Allahın qüdrəti ilə baş verir və baş verən hər işdə bizim bilmədiyimiz bir çox hikmətlər və xeyirlər vardır. Buna görə də müsəlman hər şeyi ancaq xeyrə yozmalı, haqqında xeyirli olanı istəməli, xeyirlə yatıb, xeyirlə qalxmalı, Allahdan ancaq xeyir diləməlidir”.

Lerikdə broyler fabrikində partlayış-ölən və yaralananlar var

27 İyul 2017 12:33

Lerik rayonunda broyler fabrikində partlayış olub. Məlumata görə, hadisə Piran kəndi ərazisində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxil olan məlumata görə, hadisə kəsim sexində baş verib. Adının açıqlanmasını istəməyən səlahiyyətli şəxs bunları deyib:“Hadisə Lerik broylerdə olub.

Gömrükdə yeni keçid məntəqələri tikiləcək

27 İyul 2017 12:24

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sadıxlı” gömrük postunda Azərbaycan və Gürcüstan gömrük və sərhəd xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib. “Olaylar” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,  görüşdə Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze rəhbərlik edib. Görüşdə iki ölkə arasındakı mehriban dostluq və qonşuluq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

Rusiyanın tanınmış jurnalisti Azərbaycan mediasına tövsiyələrini verdi

27 İyul 2017 12:14

Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı ilə media nümayəndələri üçün master-klass keçirilib. Azərbaycan Beynəlxalq Bankının (ABB) təşəbbüsü və təşkilatçılığı ilə Bakıda 60-dan çox jurnalist, bloqqer, marketinq və PR mütəxəssisi üçün ustad dərsi (master-klass) keçirilib.

Bu ilin növbəti Ay və Günəş tutulmaları olacaq - Tarix açıqlandı

27 İyul 2017 12:11

Gələn ay bu ilin növbəti Ay və Günəş tutulmaları baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, cari ilin ikinci Ay tutulması avqustun 7-də olacaq. Onun sözlərinə görə, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq: "Proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə Azərbaycandan da müşahidə olunacaq. Belə ki, günbatandan sonra Ay tutulmasının bir hissəsini görmək mümkün olacaq".

"Yurdçular" öz ambisiyalarının və hikkələrinin qurbanı olaraq, pərən-pərən düşüblər

27 İyul 2017 12:05

“Ölkədə illər ərzində siyasi mühitdən xalqın uzaqlaşması, siyasi proseslərə laqeydliyi "ənənəvi müxalifətin" de-dstruktiv siyasətinin nəticəsidir”. “OLAYLAR”-ın xəbərinə görə. bu fikirləri Razi Nurullayevin rəhbəri olduğu AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib.

8 min nəfər müəllim olmaq üçün imtahan verib

27 İyul 2017 12:04

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanda iki gün ərzində 8 minə yaxın şəxs iştirak edib. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

95 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib

27 İyul 2017 12:02

2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, bundan 81 min 739 hektar torpaq sahəsində 19 Aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub. Belə ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 2017-ci ilin 6 ayı üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib.

53 MMMC dövlət qeydiyyatına alınıb

27 İyul 2017 11:02

İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin, formalaşmaqda olan yeni münasibətlərin, habelə mənzil fondunun idarə olunmasında yeni üsulların tətbiqi istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır, yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələrinin, sahə mülkiyyətçilərinin iştirakı ilə tədbirlər təşkil edilir, mənzil mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir.

AMEA – da saziş imzalanıb

27 İyul 2017 11:02

AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək son illərdə elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib.

“ASAN xidmət” İndoneziya mətbuatında

27 İyul 2017 10:33

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub. Səfər zamanı Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Dövlət Agentliyindən “Olaylar” – a bildirilib ki, Azərbaycanın nümayəndə heyətinin İndoneziyaya səfəri, keçirilən görüşlər, İndoneziyanın dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” modelini seçməsi bu ölkənin aparıcı mətbu orqanlarında əsas mövzularından birinə çevrilib və geniş işıqlandırılıb.