Sosial

“Sovetski”də 17 ədəd piyada keçidi salınıb

9 Avqust 2017 12:19

Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını təmin edib. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlar müfəssəl təhlil edib. Əldə edilən nəticəyə uyğun olaraq, layihə çərçivəsində salınan yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb. Nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib.

Peşə təhsili də qanunla tənzimlənəcək

9 Avqust 2017 12:00

“Peşə təhsili haqqında” qanun layihəsi artıq hazırdır. Qanun layihəsi Elm və təhsil komitəsinin sentyabrda keçiriləcək ilk iclasında gündəliyə çıxarılacaq. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Komitə sədri  hazırda Azərbaycanda peşə ixtisas təhsili müəssisələrinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirildiyini bildirib: “Ölkəmizdə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmayıb.

6 günlük uşaq, 6 metrlik quyu, səhər saat 6… - Lənkərandakı cinayətdə SATANİZM izləri- (ARAŞDIRMA)

9 Avqust 2017 11:56

Ötən ayın sonlarında Lənkəranda 6 günlük körpənin öldürülməsi bütün ölkədə ciddi rezonans yaratdı. Körpənin nənəsi Atifə Nuriyeva istintaqa verdiyi ifadəsində bildirib ki, hadisədən bir neçə saat əvvəl qadınlar “altıaxşamı” mərasimi keçirirmişlər. Bu mərasimə görə yeni doğulan körpənin ətrafına bıçaq, iynə, sancaq düzülür ki, cinlər körpəyə yaxın gəlməsin. Bundan başqa, həmin gecə körpəni cindən qorumaq üçün onun yanında böyük adam da qalır.

Bakıda sərnişinlərlə avtobus sürücüsü arasında dava: məsələyə polis qarışdı - VİDEO

9 Avqust 2017 11:52

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında dava düşüb.  60 nömrəli avtobusda iki nəfər sərnişin sürücü ilə mübahisə edib. Hadisə "Neftçilər" metro stansiyasının dayanacağında baş verib.  Belə ki, içi dolu avtobusun sərnişinlərindən biri ilə sürücü arasında mübahisə olub.

Turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

9 Avqust 2017 11:49

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sərdar Çolukov arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə. görüş zamanı ilk növbədə iki ölkə arasında dostluq əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Ölkəmizdə ilk dəfə səfərdə olan cənab Çolukov öz xoş təəssüratları ilə bölüşüb və səfər çərçivəsində ölkələr arasında turizm üzrə yeni sazişin bağlanmasından məmnuniyyət hissi keçirdiyini bildirib. O həmçinin, Türkmənistanda keçiriləcək 5-ci Asya Oyunlarına AR Mədəniyyət və Turizm Nazirliyini dəvət edib.

Macarıstan Azərbaycana qarşı hörmətsizlik edir

9 Avqust 2017 11:48

“Avropanın da zayı çıxdı, deyəsən. Ya da Macarıstan hökuməti o boyda Avropanı bihörmət edir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri tanınmış jurnalist Azər Sarıyev facebook profilində yazıb. O, qeyd edib ki, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi: “Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib. 

İcra nümayəndəsi cərimə olundu

9 Avqust 2017 11:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şüvəlan qəsəbəsinin “Mayak”  çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan siqnal Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Novxanıda dəhşətli qəza-2 azyaşlı ölüb, 5 nəfər yaralanıb

9 Avqust 2017 11:43

Novxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəıqliyyat hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə dünyasını dəyişib.

Nazirlik restoran sahibini cərimələdi

9 Avqust 2017 11:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirlikdən “Olaylar” – a bildirilib ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. 

Bakıda havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub

9 Avqust 2017 11:31

Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub. 

İsrail arxivlərində saxlanılan Azərbaycana məxsus əlyazmalar araşdırılacaq

9 Avqust 2017 09:41

İsraildə fəaliyyət göstərən İsrail - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. AMEA - dan "Olaylar" - a bildirilib ki, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qonağa elmi müəssisənin yaranma tarixi, burada saxlanılan nadir fondlar, aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verib. Görüşdə İsrail arxivlərində saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması və ölkəmizə gətirilməsi istiqamətində müzakirələr aparılıb. Daha sonra A.Binyaminov institutda mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanıb. O, ölkəsində saxlanan bəzi Şərq əlyazmalarından söhbət açıb.