Bakıda sərnişinlərlə avtobus sürücüsü arasında dava: məsələyə polis qarışdı - VİDEO

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında dava düşüb.  60 nömrəli avtobusda iki nəfər sərnişin sürücü ilə mübahisə edib. Hadisə "Neftçilər" metro stansiyasının dayanacağında baş verib.  Belə ki, içi dolu avtobusun sərnişinlərindən biri ilə sürücü arasında mübahisə olub.

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında dava düşüb.  60 nömrəli avtobusda iki nəfər sərnişin sürücü ilə mübahisə edib. Hadisə "Neftçilər" metro stansiyasının dayanacağında baş verib.  Belə ki, içi dolu avtobusun sərnişinlərindən biri ilə sürücü arasında mübahisə olub. Sərnişin qapının ağzında duraraq, digər sərnişinlərin aşağı düşməsinə imkan verməyib.   Sərnişinlərin etirazından sonra o aşağı düşərək sürücü tərəfə gələrək onun aşağı düşməsini tələb edib. O, avtobusun şüşəsinə zərbə də vurub.  Nəticədə hadisə yerinə polis gələrək mübahisə edən iki sərnişindən birini tutub. Sürücüyə hücum edən şəxs isə qaçmağı bacarıb.  Baku.ws

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31