Macarıstan Azərbaycana qarşı hörmətsizlik edir
“Avropanın da zayı çıxdı, deyəsən. Ya da Macarıstan hökuməti o boyda Avropanı bihörmət edir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri tanınmış jurnalist Azər Sarıyev facebook profilində yazıb. O, qeyd edib ki, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi: “Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib.
9 Avqust 2017 11:48 Sosial"Avropanın da zayı çıxdı, deyəsən. Ya da Macarıstan hökuməti o boyda Avropanı bihörmət edir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri tanınmış jurnalist Azər Sarıyev facebook profilində yazıb. O, qeyd edib ki, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi: "Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib. Hansı ki, həmin vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmişdi. Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, xəbər belə verməyib, Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətləniblər. Həmin 40 uşaq da qalıb ortalıqda. Ağızlarını açanda isə etikadan, bəşəri dəyərlərdən danışırlar. Təhsil Nazirliyi də heç bir kömək etmək iqtidarında deyil". O, bildirib ki. Təhsil Nazirliyi məktub yazsa da saya salmırlar: "Bir sözlər, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir. Sənəd Macarıstan Respublikasının İnsan Resursları Nazirliyi tərəfindən imzalanıb və göründüyü kimi, konkret olaraq 200 yer ayrılması barədə öhdəlik götürülüb. Bəzi yoldaşları iddia edir ki, 200-dən az yer də ayrıla bilər. Qətiyyən elə deyil. Mətndə "200-dək" yox, konkret olaraq "Azərbaycan Respublikasının 200 vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüdlər ayıracaqdır" yazılıb. Yəni hüquqi tənzimləmədə imperativlik (məcburilik) var".