Turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sərdar Çolukov arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə. görüş zamanı ilk növbədə iki ölkə arasında dostluq əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Ölkəmizdə ilk dəfə səfərdə olan cənab Çolukov öz xoş təəssüratları ilə bölüşüb və səfər çərçivəsində ölkələr arasında turizm üzrə yeni sazişin bağlanmasından məmnuniyyət hissi keçirdiyini bildirib. O həmçinin, Türkmənistanda keçiriləcək 5-ci Asya Oyunlarına AR Mədəniyyət və Turizm Nazirliyini dəvət edib.
9 Avqust 2017 11:49 SosialMədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sərdar Çolukov arasında görüş keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə. görüş zamanı ilk növbədə iki ölkə arasında dostluq əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Ölkəmizdə ilk dəfə səfərdə olan cənab Çolukov öz xoş təəssüratları ilə bölüşüb və səfər çərçivəsində ölkələr arasında turizm üzrə yeni sazişin bağlanmasından məmnuniyyət hissi keçirdiyini bildirib. O həmçinin, Türkmənistanda keçiriləcək 5-ci Asya Oyunlarına AR Mədəniyyət və Turizm Nazirliyini dəvət edib.
Nazim Səmədov öz növbəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun səfərinin ölkələrimiz arasında turizm daxil olmaqla əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticə verəcəyinə inandığını bildirib. Sonda Nazim Səmədov Türkmənistan tərəfini 2018-ci ilin 5-7 aprel tarixində Bakıda keçiriləcək 17-ci AİTF Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak etməyə dəvət edib.