Nazirlik restoran sahibini cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirlikdən “Olaylar” – a bildirilib ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən "Bulaq" restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirlikdən "Olaylar" - a bildirilib ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.  Əraziyə keçirilən baxış zamanı 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının qurukök üstə vəziyyətdə olduğu və 2 ağacın isə kəsilmiş kötükləri aşkar edilib. Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə kristallaşdırılmış NaCl duzu tökülərək məqsədli şəkildə məhv edildiyi məlum olub. Araşdırma zamanı Biləcəri bələdiyyəsinin həmin əraziyə nəzarət etmədiyi müəyyən edilib. Faktla bağlı "Bulaq" restoranının sahibi E.Quliyev barəsində akt tərtib olunub və yaşköküstə olmuş 69 ağacı məqsədli şəkildə məhv etdiyinə görə ona 57360 manat məbləğində ziyan tətbiq edilib. Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində ən ciddi tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğuna göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31