Sosial
Facebook haqda İNANILMAZ FAKTLAR – bunları bilirdiz?
ŞOK VİDEO: İnəyin başına oyun açdı: ürəyi zəif olanlar baxmasın - DƏHŞƏT!
Bilik Fondu Binəqədi gəncləri ilə görüşüb
Bilik Fondu Binəqədi Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin qonağı olub. Gənclər Evinə ayrılmış və zəngin maddi-texniki bazası olan inzibati bina ilə tanışlıqdan sonra Fondun əməkdaşlarının Binəqədi gəncləri ilə görüşü keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, sektor müdiri Xatirə Hüseynova və əməkdaşları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Abdullayeva, Binəqədi Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Sənan Əliyev və rayon gənclərindən ibarət bir qrup iştirak ediblər.
Dəridəki ölü hüceyrələrdən qurtulun - MASKA
Gözəl görünüş üçün ən əhəmiyyətli faktorlardan biri də dəridir. Təbii və parlaq bir dəri isə özünüzü əla hiss etmənizi təmin edir. Amma təəssüf ki, bəzən ətraf mühit, makiyaj yorulan dəridə pis görünüş yaradır. Ailem.az mineral su ilə dərini təmizləməyin yollarını təqdim edir. Bildirək ki, mineral su içindəki minerallar sayəsində həm ölü dərini, həm də qara nöqtələri yox edəcəyi kimi, dərinizin daha yaxşı təmizlənməsinə də imkan verəcək.
Diqqət əskikliyi, yorğunluq, qəza riski... - YUXUSUZLUĞUN FƏSADLARI
İsti havalarda hətta gündüzlər güclə nəfəs aldığımız bir vaxtda gecələri yatmaq əsl kabusa dönür. Amma isti havalara baxmayaraq, yaxşı bir yuxu üçün bəzi şeylərin həyata keçirilməsi kifayət edir. Ailem.az isti havalarda sağlam yuxu üçün diqqət edilməsi lazım olan məqamları diqqətinizə çatdırır.
Bakıda mikroavtobus aşdı: yaralılar var
Bakıda mikroavtobus aşıb. Şahidlərin verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb. Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir. 3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır. Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda 3 otaqlı ev külə döndü
Biləsuvar rayonunda yaşayış evi yanıb. FHN xəbər verir ki, rayon sakininə məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Baş Prokurorluq: "Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb"
Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələri təcavüzkar əməllərini növbəti dəfə davam etdirərək iriçaplı silahlardan Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub.
Bakıda eyni anda üç nəfəri vuraraq qaçan sürücü tutuldu
Binəqədi rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
DİN vakansiya elan etdi
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Yol polisi 20-yə yaxın sürücünü cərimələdi
"Təmiz hava aylığı" çərçivəsində Lənkəran rayonunda reyd keçirilib, 20-yə yaxın avtomaşın saxlanılıb. Reyd Lənkəran rayon Dövlət Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilir.
"Asiyanın Ürəyi - İstanbul Prosesi” mövzusunda konfrans keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva Çinin Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən 10-11 avqust 2017-ci il tarixində "Asiyanın Ürəyi - İstanbul Prosesi çərçivəsində həyata keçirilən infrastruktur quruculuğunda əməkdaşlıq” mövzusunda keçiriləcək beynəlxalq konfransda çıxış etmək məqsədilə Pekin (Çin Xalq Respublikası) şəhərinə səfər edəcək.
Balaxanı-Binəqədi yolunda hərəkət məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) yolunda avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub.
Bakıda maşin və mexanizmlər elmi üzrə beynəlxalq simpozium keçiriləcək
Azərbaycan Texniki Universitetində (AzTU) 11-14 sentyabr tarixində “Maşin və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” - İSMMS 2017 təşkil olunacaq. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texniki Universitetinin “Maşın və Mexanizmlər Nəzəriyyəsi” kafedrası, Maşın və Mexanizmlər Elmi üzrə Azərbaycan Beynəlxalq Komitəsi (AzC IFToMM), IFToMM-un Lingli mexanizmlər və Mexaniki Nəzarət Sistemləri üzrə Texniki Komitəsi, Azərbaycan Texniki Universitetinin “Maşınşünaslıq” elmi mərkəzi, İzmir Texnoloji İnstitutunun “Maşınşünaslıq” kafedrası və IFToMM "Gənc Nümayəndələr Proqramı"nın təşkilatçılığı ilə keçiriləcək simpoziumun əsas məqsədi maşın və mexanizmlər elminin inkişafında maraqlı olan alimlərin, mütəxəssislərin və digər qrupların öz elmi işlərini bizim simposiuma təqdim etməsidir.














