Sosial

Prezident sərəncamı uğurla icra olunur

8 Avqust 2017 17:14

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-ya istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov dini maarifləndirmə sahəsində görülən tədbirlərin və bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib. DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev radikalizm, onu yaradan səbəblər, mübarizə metodları, cəmiyyətin radikalizm təhlükəsindən qorunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında məlumat verib.

Şüvəlanda qanunsuz zibilxanaya görə icra nümayəndəsi cərimə edildi

8 Avqust 2017 16:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Şüvəlan qəsəbəsinin "Mayak" çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan siqnal dərhal yerində araşdırılıb. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, sözügedən əraziyə məişət tullantılarının atılması nəticəsində qanunsuz zibilxana yaranıb.

"Torqovı"da hər kəs bu oğlanla qıza tamaşa etdi - VİDEO

8 Avqust 2017 16:18

Bakının "Torqovı" kimi tanınan Nizami küçəsində oğlanla qızın rəqsi maraqla qarşılanıb. Baku.ws-yə göndərilən videoda oğlanla qız ətrafdakılara fikir vermədən rəqs ediblər. Videonu Mikayıl Abdullayev çəkib.

"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın bacısından sərt ittihamlar

8 Avqust 2017 15:58

Bir müddət əvvəl Sumqayıt şəhər 2 nömrəli Doğum Evində Gülsüm Əliyevanın doğuş zamanı ölməsinin bəzi ilginc məqamları üzə çıxıb. Mərhumun bacısı Mövlanə Nəsirova bacısının ölümündən sonra sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlara aydınlıq gətirib. O, G.Əliyevanın 3-cü uşağını guya, oğlan olduğu üçün dünyaya gətirmək istədiyini deyənlərə cavab verib: "Bacımın 2 övladı var. Biri qızdır, o biri oğlan.

Ölkədə törədilən cinayətlərin statistikası açıqlandı

8 Avqust 2017 15:42

2017-ci ilin birinci yarısında Azərbaycanda törədilmiş 13182 cinayətin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin faktların 63,9 faizi narkotik maddələrin şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama, 28,2 faizi narkotik maddəni satış məqsədilə saxlama ilə əlaqədardır.

Dini maarifləndirmə tədbiri keçirilib

8 Avqust 2017 15:40

Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən “Heydər Əliyev irsi və İslam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri B. Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunmasının əhəmiyyətindən danışıb.

Bakı sakinlərinə XƏBƏRDARLIQ: 18:00-dan sonra çalışın küçəyə çıxmayın

8 Avqust 2017 15:33

Bakıda küçələrin dar olması, hündürmərtəbəli binaların tikilməsi və avtomobillərin sayının artması paytaxtda havanın sürətlə çirklənməsinin əsas səbəbləridir. Bu barədə ekoloq Vaqif Əliyev deyib.

“Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar” - Oğlu qəzada ölən ana

8 Avqust 2017 15:24

Avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətmiş Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobilin həmin qəzada həlak olan sürücüsü Mehdi Əliyevin anası Nazilə Əliyeva “ müsahibə verib.

Gürcüstan 418 Azərbaycan vətəndaşını ölkəyə buraxmadı

8 Avqust 2017 15:05

2017-ci ilin ilk altı ayı ərzində 2 922 xarici vətəndaşın Gürcüstana girişinə icazə verilməyib. Həmin şəxslərdən 418-i Azərbaycan vətəndaşıdır.

Nazirlik tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirdi

8 Avqust 2017 15:02

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib. Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlovbildirib ki, tələbələrin köçürülməsi qaydalarında müəyyən tələblər var.

Dəymiş ziyan araşdırılır

8 Avqust 2017 14:58

Ötən gün Hirkan Milli Parkının Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazisində baş verən yanğın bu gün saat 12:30 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində tamamilə söndürülüb.

Regionlarda da hərraclar keçirilib

8 Avqust 2017 14:56

Əmlak Məsələləri Dövlət Komitəsi 8 avqustda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Bu dəfəki hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi, 1 yarımçıq tikili özəlləşdirilib.

Daha bir nəfər dənizdə batıb

8 Avqust 2017 14:43

Sumqayıtda bir nəfər dənizdə batıb. “Olaylar”-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək.

Nazir Şəkidə vətəndaşları qəbul edəcək

8 Avqust 2017 14:40

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 26-da saat 10:00-da Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Penitensiar Xidmət: Taleh Bağırzadə nəzərdə tutulmuş qaydada telefondan istifadə edir

8 Avqust 2017 14:32

"Son günlər bir sıra kütləvi informasiya vasitələrindəƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin həbsxanasında saxlanılan, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə və s. cinayətlərə görə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12, 29; 120.2.3,29; 120.2.4,29; 120.2.7,29; 120.2.12- ci maddələri ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Teleh Kamil oğlunun işgəncələrə və qeyri-insani rəftara məruz qalması, həyatının təhlükə altında olması, qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb".