Sosial

Gəlin toyunda rep dedi, bəy mat qaldı - VİDEO

8 Avqust 2017 14:18

Azərbaycanda baş tutmuş toylardan birində maraqlı anlar yaşanıb. Belə ki, gəlin musiqi sədaları altında rəqs edərək rep oxuyub. Qonaqların da gəlinə qoşuldub rəqs etdiyi bu mərasimdə bəy səssiz qalıb.

Ziya Məmmədov ölkəni tərk edib? - Eks-nazirin qardaşından ŞOK AÇIQLAMA: “Vətəni şərəfsizlər tərk edər!”

8 Avqust 2017 13:56

Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb. Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib. Məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb. Eks-deputat saytımıza açıqlamasında deyib ki, xəbər həqiqəti əks etdirmir. 

Uşağı ilə sevdiyinə qoşulub qaçan qız anasına səsləndi

8 Avqust 2017 13:42

Bir neçə gün əvvəl Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Gülxanım Yusifova qızı və nəvəsinin qaçırılması ilə bağlı müraciət edib. Ana bildirib ki, avqustun 5-də, saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı, 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb.

Parkda uşaqları oğurlayan qadınlarla bağlı xəbərə DİN-in münasibəti

8 Avqust 2017 13:09

Dünən sosial şəbəkələrdə paytaxtın küçə və parklarında uşaqlı analara qarşı təhlükə yaranması, onlara yaxınlaşan iki qadının uşağın sağlamlığı ilə bağlı anaları sorğu-suala tutmaları, bugünlərdə bir qadının uşağının səhhəti ilə maraqlanandan sonra hətta onu oğurlamaları, bu qadınların orqan alverçiləri olduqlarının güman edilməsi barədə məlumat paylaşılıb.

Milli Məclisin İntizam Komissiyası o deputatlarla bağlı məsələyə baxacaq

8 Avqust 2017 13:08

"Milli Məclis İntizam Komissiyası parlamentin payız sessiyası başlayandan sonra pozuntulara yol vermiş millət vəkilləri ilə bağlı məsələlərə baxılacaq". Bu sözləri  komissiyanın sədri Ağacan Əbiyev deyib.

“İşsizlikdən sığorta haqqında” Qanununun qəbulu sosial müdafiə sisteminin gücləndirilməsində mühüm addımdır

8 Avqust 2017 13:03

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunun təsdiq edilməsi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 5 avqust 2017-ci il tarixli Fərmanın imzalanması ölkəmizdə əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasətinin uğurlu davamıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qeyd olunan yeni qanunvericlik aktları ilə əlaqədar keçirdiyi mətbuat konfransında  vurğulayıb.

Avtomobildən külli miqdarda siqaret aşkar edilib

8 Avqust 2017 12:52

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Kazım Bahadır oğluna məxsus “Mitsubishi Pajero” markalı, 10 HF 066 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan cəmi 73.340 ədəd müxtəlif adda siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Nazirlik sahibkarları 6150 manat məbləğində cərimələdi

8 Avqust 2017 12:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər dənizinin sahilboyu zonasında reyd keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən “Aquapark”, “121”, “Amay” istirahət mərkəzlərində, “Delfin” çimərliyində, “Fərdi” iaşə obyektində, “Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, “Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib. 

Temperatur 43 dərəcəyə yüksələcək

8 Avqust 2017 12:36

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək. Zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 25-28° isti, gündüz 37-42° isti, Bakıda gecə 26-28° isti, gündüz 39-41° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.

Bakıdakı bayraq dirəyi niyə söküldü?

8 Avqust 2017 11:57

Bayraq dirəyi texniki göstəricilərinə görə çox mürəkkəb qurğudur. Hazırda təlimata uyğun olaraq ümumi texniki baxış keçirilir və işlər qiymətləndirilir.  Bu sözləri Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov qafqazinfo-ya bayraq dirəyinin sökülməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən zaman deyib. O bildirib ki, bu dəfə görülən işlər ildə bir-iki dəfə keçirilənlərdən fərqlidir və əsaslı texniki baxışdır.

Mənzillər ucuzlaşacaq?

8 Avqust 2017 11:50

MİDA inşa etdiyi evlərin 20 faizini kommersiya məqsədləri üçün satarsa, mənzil bazarında rəqabət yaranar. Bunu  müsahibəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib. O, bildirib ki, əhalinin aztəminatlı hissəsinin güzəştli şərtlərlə tikilən sosial mənzillərə ehtiyacı var və agentliyin inşa etdiyi mənzillər ilk növbədə iqtisadi cəhətdən orta səviyyədən bir qədər aşağı olan təbəqə üçündür.

Əcnəbi tələbələr Tibb Universitetində təcrübə keçiblər

8 Avqust 2017 10:40

“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi tərəfindən hər il müxtəlif xarici ölkələrdən gələn tələbələrin Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında təcrübəsi təşkil edilir. Birlikdən “Olaylar” – a bildirilib ki, bu il keçirilən praktika çərçivəsində Türkiyə, Rusiya, Polşa, Çexiya, Kanada, İtaliya və Almaniya kimi müxtəlif ölkələrdən gələn tələbələr Tibb Universitetində olub, geniş təcrübə keçiblər. Təcrübə əsnasında tələbələr Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyevlə görüşüblər. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, cərrahiyyənin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.