Əcnəbi tələbələr Tibb Universitetində təcrübə keçiblər
“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi tərəfindən hər il müxtəlif xarici ölkələrdən gələn tələbələrin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında təcrübəsi təşkil edilir. Birlikdən “Olaylar” – a bildirilib ki, bu il keçirilən praktika çərçivəsində Türkiyə, Rusiya, Polşa, Çexiya, Kanada, İtaliya və Almaniya kimi müxtəlif ölkələrdən gələn tələbələr Tibb Universitetində olub, geniş təcrübə keçiblər. Təcrübə əsnasında tələbələr Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyevlə görüşüblər. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, cərrahiyyənin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.
8 Avqust 2017 10:40 Sosial"Azərbaycan Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi tərəfindən hər il müxtəlif xarici ölkələrdən gələn tələbələrin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında təcrübəsi təşkil edilir. Birlikdən "Olaylar" - a bildirilib ki, bu il keçirilən praktika çərçivəsində Türkiyə, Rusiya, Polşa, Çexiya, Kanada, İtaliya və Almaniya kimi müxtəlif ölkələrdən gələn tələbələr Tibb Universitetində olub, geniş təcrübə keçiblər. Təcrübə əsnasında tələbələr Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyevlə görüşüblər. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, cərrahiyyənin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, "Azərbaycan Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının tərkibində təsis edilib.