Sosial

Ermənilər mülki əhalini atəşə tutub, 13 yaşlı oğlan xəsarət alıb

8 Avqust 2017 10:30

Bu gün erməni silahlı bölmələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Məlumata görə, atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib. Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib

Artıq kilolarınızla vidalaşın... - Südün İNANILMAZ FAYDALARI

7 Avqust 2017 19:13

Tərkibi kalsium və dəmirlə zəngin olan süd mütəmadi istifadə edildikdə orqanizmə inanılmaz fayda verir. Qadınların ən çox diqqət etdiyi məqam olan arıqlamağa kömək edir, artıq yağları yandırır. Ailem.az südün bilmədiyiniz faydalarını  diqqətinizə çatdırır.

Azərbaycanda narkotik satışı ilə işsizlər məşğul olur

7 Avqust 2017 18:39

Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 13182 cinayət hadisəsinin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında qadın meyiti tapılıb

7 Avqust 2017 18:35

Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Cocuq Mərcanlıda vəhdət namazı

7 Avqust 2017 18:28

Dövlət qeydiyyatından keçərək Göyçay rayonunda fəaliyyət göstərən bir qrup dini icma sədri və din xadimi Cocuq Mərcanlı məscidini ziyarət edərək orada vəhdət namazı qılıblar.

Qızıl və gümüş medala layiq görülən şagirdlərin sayı açıqlanıb

7 Avqust 2017 17:23

Təhsil naziri Mikayıl Cabbarovümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən  verilən xəbərə görə, əmrə əsasən, XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edilib.

"Yataqxanada baş verən yanğında 5 polis əmkdaşı tüstüdən zəhərləndi"

7 Avqust 2017 17:20

Avqustun 5-də saat 20:50 radələrində Sumqayıt şəhərində, hazırda məcburi köçkünlərin yaşadığı beş mərtəbəli yataqxanada baş verən yanğında 5 polis əməkdaşı tüstüdən zəhərlənib.

Zaqatalada ağır yol qəzası – ölən və yaralananlar var

7 Avqust 2017 17:09

Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, avqustun 5-də saat 4.00 radələrində Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində rayon sakini Taleh Qaracayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Qismət Yunusov isə xəstəxanada ölüblər. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb

7 Avqust 2017 16:35

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan, 5 nə­fər Hindistan, 1 nəfər Filippin, 1 nəfər Türkiyə və 1 nəfər Qazaxıstan vətəndaşları sax­­­lanılıb. DMX-dan  verilən məlumata görə, araşdırma zamanı 5 nəfər Pakistan vətəndaşının (Qasım Malik Ghulam, Zahid Abdul Majeed, Sa­leem Tamoor, Usman Muhammad, Kohna Irshad Alı Khan) elektron viza əsasında ölkəyə gəldikləri və sonradan qanunsuz miqranta çevrildikləri məlum olub.

Nazir əmr imzaladı

7 Avqust 2017 16:22

Təhsil naziri Mikayıl Cabbarovtam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017-2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Əmək Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

7 Avqust 2017 16:21

Azərbaycan Respublikası Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında nazirliyin e-xidmətlərinə əvvəlki iyun ayı ilə müqayisədə 27,3 faiz çox, yəni  780 152 müraciət qeydə alınıb və bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin (2 501 008 müraciət) 31,2 faizini təşkil edib.

Azərbaycan mətbuatı üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir

7 Avqust 2017 15:55

Azərbaycanda mətbuatın inkişafı, onun müstəqilliyinin təmin olunması istiqamətində dğövlət tərəfindən ən zəruri addılar atılıb və hazırda da atılmaqdadır. Məhz azad medianın, fikir və söz azadlığının təmin olunması istiqamətində atılan addımlar müstəqil mətbuatın dayanıqlığını təmin edib. Mətbuat da öz növbəsində üzərinə düşən vəzifələrin icrası baxımından fəallıq nümayiş etdirir.