Azərbaycan mətbuatı üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir
Azərbaycanda mətbuatın inkişafı, onun müstəqilliyinin təmin olunması istiqamətində dğövlət tərəfindən ən zəruri addılar atılıb və hazırda da atılmaqdadır. Məhz azad medianın, fikir və söz azadlığının təmin olunması istiqamətində atılan addımlar müstəqil mətbuatın dayanıqlığını təmin edib. Mətbuat da öz növbəsində üzərinə düşən vəzifələrin icrası baxımından fəallıq nümayiş etdirir.
7 Avqust 2017 15:55 SosialAzərbaycanda mətbuatın inkişafı, onun müstəqilliyinin təmin olunması istiqamətində dğövlət tərəfindən ən zəruri addılar atılıb və hazırda da atılmaqdadır. Məhz azad medianın, fikir və söz azadlığının təmin olunması istiqamətində atılan addımlar müstəqil mətbuatın dayanıqlığını təmin edib. Mətbuat da öz növbəsində üzərinə düşən vəzifələrin icrası baxımından fəallıq nümayiş etdirir. Daha doğrusu, dövlətin və millərin maraqlarınınmüdafiəsi, ümumilli məsələlərdə vahid mövqedən çıxış etməsi, ən əsası isə maarifləndirmə və qırızsia məlumatın verilməsi kimi sahələrdə maksimum obyektivliyi qorumağa çalışır. Sirr deyil ki, hər ötən gün medianın cəmiyyətdə rolu artmaqda davam edir. Azərbaycanda mövcud olan söz və mətbuat azadlığı həm də dövlət idarəçiliyində mühüm rol oynayır. Belə ki, müstəqil mətbuatın cəmiyyətdə baş verən neqativ hallara reaksiyası nöqsanların aradan qaldırılması istiqamətində əhəmiyyətli vasitə kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, mətbuat mövcud çatışmazlıqları görüb qabardır, çıxış yollarını göstərir, müsbət nəticələri öncədən proqnozlaşdırır. Olduqca müsbət haldır ki, Prezident İlham Əliyev başda olmaqla dövlət məmurları mətbuat tərəfindən qabardılan nöqsanların aradan qaldırılması istiqamətində real addımlar atmaqda maraqlı görünürlər. Məhz bu cür idarəçilik metodu heç şübhəsiz ki, dövlət və milli maraqların təmin olunmasında öz sözünü demiş olur. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, məmurlar hansısa qüsurlar buraxsınlar. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqının iradəsi ilə ölkəmiz idarə olunur: "Biz böyük iqtisadi inkişafa nail olduq, meqa layihələri icra etdik. Biz dünyada özümüzü artıq multikulturalizmin mərkəzi kimi tanıda bildik və bu gün bu sahədəki uğurlarımız bir çox ölkələrdə öyrənilir. Bütün bu əldə edilmiş uğurların təməlində bizim düşünülmüş siyasətimiz, o cümlədən demokratik cəmiyyətin formalaşması dayanır. Jurnalistlər isə əlbəttə ki, öz fəaliyyətləri ilə bu inkişafa töhfələrini verirlər, cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Mən sizə deyə bilərəm ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir, yəni həm xarici siyasət, həm də daxili siyasətlə və təhlükəsizliklə bağlı əsas məsələlər əlbəttə ki, məruzə edilir. Ancaq elə bir məsələ var ki, bu, çox ciddi məsələ sayılmaya bilər, ancaq insanları narahat edən məsələdir. Bu məlumatlar haqqında mən hərdən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında - harada ki hansısa ədalətsizlik, qanunsuzluq var - dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz". Əslində prezident İlham Əliyev bununla medianın cəmiyyətdəki rolu, onun ictimai-siyasi proseslərə təsiri və mətbuatın qarşısında duran vəzifələr barədə fikirlərini ortaya qoymuş olub. Dövlət başçısı əmin olduğunu bildirib ki, jurnalistikada böyük xidmətlər göstərmiş, Vətən qarşısında böyük xidmətləri olmuş insanlar hər cür mükafata layiqdirlər. Azərbaycanda da insan hüquq və azadlıqları baxımından söz və mətduat azadlığına xüsusi diqqət yetirilir. Xüsusən, özünü demokratik elan etmiş ölkələr bu sahənin inkişafı, qanunvericilik bazasının təkmilləşdiriməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Məhz bunun nəticəsidir ki,Azərbaycanda istənilən fikri demək üçün qeyri-məhdud imkanlar var. Heç şübhəsis ki, bu, informasiyanın cəmiyyətimizdə önəmi ilə əlaqədardır. Artıq informasiya məkanı daha da qloballaşır və böyüyür. Eyni zamanda insan həyatının bütün sahələrinə, hətta mənəvi həyatının dərinliklərinə qədər siraət edir. Bu gün informasiya milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi çıxış edir. Ona görə hər bir ölkənin milli mətbuatının vəzifəsi müasir tarixi mərhələdə öz milli maraqlarını müdafiə etməklə informasiya sahəsində yeni inkişaf mərhələsinə addım atmaqdır. Bu gün Azərbaycan mediası inkişaf dövrünü yaşayır. Mediamız həm fikir müxtəlifliyinə, orjinallığına, çoxşaxəliliyinə görə fərqlənir, həm də ötən illər ərzində Azərbaycan mediası yeni intellektual kefiyyətlər qazanıb. Bütün bunların hamısı ölkəmizdə medianın inkişafı üçün çox ciddi hüquqi əsasların yaradılması ilə bağlıdır. Bu gün Azərbaycanda müstəqil milli mətbuat formalaşıb. Hazırda Azərbaycan prezidenti mediamızın həm böyük hamisi, qayğıkeşi, həm də dostudur. Məhz milli mətbuatımızın inkişafında bu faktor çox ciddi rol oynayır. Xatırladaq ki, dövlət başçısı ölkədə jurnalistikanın inkişafı ilə bağlı fikirlərini və tövsiyyələrini də qeyd edib: "Əlbəttə ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil və biz görürük ki, dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm də daxili xarakter daşıyır - baxır gündəlikdə hansı məsələ dayanır. Təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə ki, hansısa məqsədləri güdür və bu məqsədlər bir çox hallarda həqiqətdən daha da önəmli faktor kimi qəbul edilir. Ona görə də hesab edirəm ki, jurnalistikada ilk növbədə həqiqət prinsipləri üstünlük təşkil etməlidir. Azərbaycan jurnalistikasına gəldikdə, mən deyə bilərəm ki, bizim jurnalistikamızda yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə azalıb. Bunu cəmiyyət də, jurnalistlər də görür, əlbəttə ki, bu onların fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artırılması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar, amma ondan sonra o mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə də jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi əlbəttə ki, diqqətə layiqdir və bu istiqamətdə hesab edirəm ki, son illərdə Azərbaycanda müsbətə doğru irəliləyiş var. Əlbəttə ki, jurnalistika nə qədər mümkündürsə obyektiv olmalıdır, çünki tam obyektivliyə nail olmaq da çətindir, hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq bu böyük məsuliyyəti dərk edərək jurnalistlər üzərində çox böyük məsuliyyət var, onların sözü incidə də bilər, problem yarada da bilər və yaxud məsələni həll edə də bilər. Ona görə də xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir. Bu istiqamətdə son illərdə mən görürəm ki, Azərbaycan jurnalistikası daha da məsuliyyətli olub, daha da təmkinli olub, artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumatlara rast gəlmək olar, nadir hallarda insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar. Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədir və hesab edirəm ki, jurnalistikamızda bax bu istiqamətdə müşahidə olunan islahatlar gedir. Biz 90-cı illəri, o vaxt jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. O vaxt, deyə bilərəm ki, çox üzücü bir mənzərə ilə üzləşmişdik. Təhqir, böhtan və şər faktoru bəzi mətbuat orqanlarında əsas rol oynayırdı. Artıq bu istiqamətdə həm cəmiyyət, həm jurnalistikamız inkişaf edib, həm də hesab edirəm ki, bu gün jurnalistlərin məsuliyyəti yüksək səviyyədədir. Bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır. Digər məsələlərə gəldikdə, hesab edirəm ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməlidir". Məhz sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan mətbuatı öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, üstəlik ölkədə Vətənə, xalqa təmənnasız xidmət etməyə hazır olan kifayət qədər peşəkar jurnalist ordusu formalaşıb. Nəticədə ölkənin müstəqil mətbuat orqanları Azərbaycan, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin maarifləndirilməsi, ölkədə həyata keçirilən sosial və iqtisadi layihələrin mahiyyətinin cəmiyyətə doğru və düzgün çatdırılması istiqamətində üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlir. Artıq Azərbaycanda bir sıra dünya ölkələri üçün örnək ola biləcək müstəqil mətbuat və onun fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası mövcuddur. Heç şübhəsiz ki, bu amillər ölkə mətbuatının daha da inkişafını təmin edəcək.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir