Ziya Məmmədov ölkəni tərk edib? - Eks-nazirin qardaşından ŞOK AÇIQLAMA: “Vətəni şərəfsizlər tərk edər!”

Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb. Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib. Məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb. Eks-deputat saytımıza açıqlamasında deyib ki, xəbər həqiqəti əks etdirmir. 

Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb. Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib. Məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb. Eks-deputat saytımıza açıqlamasında deyib ki, xəbər həqiqəti əks etdirmir. "Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?!". Sabiq deputat Elton Məmmədov mətbuatın Ziya Məmmədovla bağlı ona sual ünvanlamasını yaxşı qarşılamadığını da deyib. "Dəfələrlə bütün mətbuat nümayəndələrinə demişəm ki, mənimlə bağlı nə sualınız varsa, cavablandırmağa hazıram. Amma Ziya Məmmədovla bağlı mənə sual verməyin!". Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31