Regionlarda da hərraclar keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi 8 avqustda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Bu dəfəki hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi, 1 yarımçıq tikili özəlləşdirilib.
8 Avqust 2017 14:56 SosialƏmlak Məsələləri Dövlət Komitəsi 8 avqustda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Bu dəfəki hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi, 1 yarımçıq tikili özəlləşdirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib. Paytaxda özəlləşdirilən qeyri-yaşayış obyekti, Yasamal, Sabunçu, Nərimanov rayonlarında yerləşir. Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsi Ağcəbədi, Xızı, Lənkəran, Qobustan rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Lənkəran rayonunda yerləşən Avtodəstə olub. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi 11 min 383 kv.m, ümumi faydalı sahəsi isə 521 kv.m-ə yaxındır. Əlvərişli olması ilə seçilən daha bir kiçik dövlət müəssisəsi Xızı rayonunda yerləşən Yanacaq doldurma məntəqəsidir. Həmin əmlakın torpaq sahəsi 3 min kv.m, ümumi faydalı sahəsi isə 93,6 kv.m təşkil edir. Qeyd edilməlidir ki, Xızı rayonunda yerləşən Yanacaq doldurma məntəqəsi potensial gəlir mənbəyi olmaqla alıcısı üçün əlverişlidir. Bölgələrdə özəlləşdirilən 2 qeyri-yaşayış sahəsi müvafiq olaraq Qobustan və Zərdab rayonunda yerləşir. Qobustanda yerləşən qeyri-yaşayış obyektinin torpaq sahəsi 96 kv.m, ümumi faydalı sahəsi isə 65,2 kv. təşkil edir. Zərdab rayonunda olan əmlakın isə ümumi faydalı sahəsi 28 kv.m təşkil edir, Ümumilikdə respublika üzrə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 28 kv.m ilə 114,7 kv.m arasında dəyişir.