"Asiyanın Ürəyi - İstanbul Prosesi” mövzusunda konfrans keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva  Çinin Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən 10-11 avqust 2017-ci il tarixində  "Asiyanın Ürəyi - İstanbul Prosesi çərçivəsində həyata keçirilən infrastruktur quruculuğunda əməkdaşlıq” mövzusunda keçiriləcək beynəlxalq konfransda çıxış etmək məqsədilə Pekin (Çin Xalq Respublikası) şəhərinə səfər edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva  Çinin Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən 10-11 avqust 2017-ci il tarixində  "Asiyanın Ürəyi - İstanbul Prosesi çərçivəsində həyata keçirilən infrastruktur quruculuğunda əməkdaşlıq" mövzusunda keçiriləcək beynəlxalq konfransda çıxış etmək məqsədilə Pekin (Çin Xalq Respublikası) şəhərinə səfər edəcək. Bu barədə məlumat "OLAYLAR"-a SAM-dan daxil olub. Bildirilib ki,  tədbirdə Asiyanın ürəyi regionunu təmsil edən 14 üzv ölkənin ekspertlərinin iştirakı ilə Əfqanıstandakı sülh prosesinə dəstəyin verilməsi, bu ölkədə təhlükəsizlik və rifahın təmin edilməsi üçün regional əməkdaşlıq və nəqliyyat sistemlərinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31