Bakıda maşin və mexanizmlər elmi üzrə beynəlxalq simpozium keçiriləcək
Azərbaycan Texniki Universitetində (AzTU) 11-14 sentyabr tarixində “Maşin və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” - İSMMS 2017 təşkil olunacaq. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texniki Universitetinin “Maşın və Mexanizmlər Nəzəriyyəsi” kafedrası, Maşın və Mexanizmlər Elmi üzrə Azərbaycan Beynəlxalq Komitəsi (AzC IFToMM), IFToMM-un Lingli mexanizmlər və Mexaniki Nəzarət Sistemləri üzrə Texniki Komitəsi, Azərbaycan Texniki Universitetinin “Maşınşünaslıq” elmi mərkəzi, İzmir Texnoloji İnstitutunun “Maşınşünaslıq” kafedrası və IFToMM "Gənc Nümayəndələr Proqramı"nın təşkilatçılığı ilə keçiriləcək simpoziumun əsas məqsədi maşın və mexanizmlər elminin inkişafında maraqlı olan alimlərin, mütəxəssislərin və digər qrupların öz elmi işlərini bizim simposiuma təqdim etməsidir.
8 Avqust 2017 17:18 SosialAzərbaycan Texniki Universitetində (AzTU) 11-14 sentyabr tarixində "Maşin və mexanizmlər elmi üzrə beynəlxalq simpozium" - İSMMS 2017 təşkil olunacaq. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texniki Universitetinin "Maşın və Mexanizmlər Nəzəriyyəsi" kafedrası, Maşın və Mexanizmlər Elmi üzrə Azərbaycan Beynəlxalq Komitəsi (AzC IFToMM), IFToMM-un Lingli mexanizmlər və Mexaniki Nəzarət Sistemləri üzrə Texniki Komitəsi, Azərbaycan Texniki Universitetinin "Maşınşünaslıq" elmi mərkəzi, İzmir Texnoloji İnstitutunun "Maşınşünaslıq" kafedrası və IFToMM "Gənc Nümayəndələr Proqramı"nın təşkilatçılığı ilə keçiriləcək simpoziumun əsas məqsədi maşın və mexanizmlər elminin inkişafında maraqlı olan alimlərin, mütəxəssislərin və digər qrupların öz elmi işlərini bizim simposiuma təqdim etməsidir.
İSMMS bütün dünyada yaxşı tanınan bir simposiumdur və bu simposiuma müasir inkişaf tempindən aslı olaraq maşın və mexanizmlər elmi üzrə elmi işlərin təqdim olunması ildən ilə artır.
Potensial məruzəçilərə maşın və mexanizmlər elmi sahəsində yeni tədqiqatları şifahi, plakat və ya video-prezentasiya formada təqdim etmək təklif olunur. Qəbul olunmuş bütün məqələlər "Mashine Science" (İSSN 2227 - 6912) elmi jurnalında, həmçinin simpoziumun elmi əsərlərində (İSBN) və seçilmiş məqələlərin korreksiya olunmuş versiyaları İFToMM -un elmi jurnallarında çap olunacaqdır.
Qeyd edək ki, İlk (ISMMS 2010) simpozium 10 ölkədən olan iştirakçılardan və 50-dən artıq təqdimatdan ibarət olaraq 2010 - cu ildə Türkiyənin İzmir şəhərində baş tutmuşdur. ISMMS 2010 hər formada elmi baxışa, keyfiyyətli məqalələrə, iştirakçı sayına görə mükəmməl təşkil olunmuşdur. Bu simpozium həmçinin Avropa, Asiya və Amerikadan gələn müəlliflər tərəfindən yüksək qiymətləndirilib.