Novxanıda dəhşətli qəza-2 azyaşlı ölüb, 5 nəfər yaralanıb
Novxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəıqliyyat hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə dünyasını dəyişib.
9 Avqust 2017 11:43 SosialNovxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Olaylar" xəbər verir ki, Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə dünyasını dəyişib. 1980-ci il təvəllüdlü Seyidov Mehman, 1988-ci il təvəllüdlü Seyidova Könül, 1992-ci il təvəllüdlü Mahmuzdazə Ləman, 1992-ci il təvəllüdlü Mahmudzadə Lamiyə və 1978-ci il təvəllüdlü Vəkilov Mehdixan ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. 6 yaşlı Seyidova Gülçöhrə və 2 aylıq Seyidov Mehram dünyalarını dəyişiblər. Dövlət Yol Polisi əməkdaşlarının verilən məlumata görə, qəzaya səbəb 50-CK-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olub. Sözügedən avtomobili sərxoş sürücü idarə edib. O maşını yolun əks istiqamətinə çıxararaq hərəkət edirmiş. Bu zaman qəza baş verib. Sərxoş sürücü artıq saxlanılıb.