Sosial
Din xadimləri dükanlarda reydlərə başladılar - SPİRTLİ İÇKİLƏRƏ QARŞI...
Məscid axundları satış məntəqələrini gəzərək alkoqollu içkilərə qarşı mübarizəyə başladılar. Bu haqda Qırğızıstanın “Turmush” nəşri xəbər yayıb. Bu ölkənin Batken vilayətinin Kadamjay rayonunun Mərkəz və Maydan kənd dairələrində imamlar(axundlar) spirtli içkilər satılan mağazaları gəzərək təbliğat işi aparırlar. Din xadimləri dükan sahiblərinə belə içkilərin satışının haram olduğunu, bunun xalqa, xüsusən gənc nəslə böyük zərbə vurduğunu və s. anlatmağa çalışırlar. Axundlar məhz alkoqollu içkilər səbəbindən bir çox cinayətlərin artdığını və ailələrin dağıldığını vurğulayırlar. Din xadimlərinin maarifləndirici işi öz nəticəsini verməkdədir – artıq bir sıra sahibkarlar dükanlarda spirtli içkilər satmayacaqlarını vəd ediblər.
Azərbaycanda susuzluq təhlükəsi yaranıb? - "Azərsu"dan açıqlama
Sosial şəbəkələrdə son günlər davam edən və 40 dərəcəlik temperatur həddini aşan isti günlərdən sonra çaylarda və su anbarlarında sululuğun azaldığına dair məlumatlar yer alır. Bəziləri həmin su mənbələrində suyun həcminin hətta 75 faizədək azaldığını qeyd edir, bəziləri isə bunu əsas götürərək Azərbaycanda, xüsusən də Bakı və Abşeron yarımadasında su qıtlığının və əhaliyə verilən suyun tamamilə kəsilməsi təhlükəsinin yarandığını bildirirlər.
30 dil bilən insanlar dil öyrənməyin sirlərini açıqladılar
Bəzi insanlar üçün bir xarici dil öyrənmək işgəncə olarkən, bəziləri 30 müxtəlif dil öyrənə bilir.
Həcc ziyarətinə gedən zəvvarlar üçün kurs açılıb
Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün hər həftənin şənbə və bazar günləri "Təzə Pir" məscidində kurslar təşkil edib. QMİ-dən verilən məlumata görə, qruplar üçün ayrıca təhkim olunmuş qrup rəhbərləri sərəncamında olan zəvvarlara iclaslar keçirir və hacı namizədlərini ziyarətlə bağlı lazım olan məlumatlarla təmin edir. Bildirilib ki, bu il Həccə gedəcək zəvvarlardan təxminən 24 qrup təşkil olunub. Zəvvarlarla birlikdə aralarında qadın da olan 5 nəfərdən ibarət həkim briqadası gedəcək.
Piyada ölümlərinin sayı artır
Ölkədə yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, ölüm hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsilə yanaşı, əməli praktiki işlər də reallaşdırılıb. Paytaxt Bakının küçələrində xeyli sayda yeraltı və yerüstü keçidlər inşaa edilib, insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə işıqforlar quraşdırılıb, piyada zolaqları çəkilib.
Nazirlik araşdırır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. “Olaylar” bildirir ki, şikyət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı adıçəkilən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.
"Yol canavarları" heyvanlara qənim kəsilib - Qubada dəhşətli mənzərə
Vəfa Hacıbalayeva adlı xanım müraciət edərək Qubada avtomobillərin yüksək sürət həddi nəticəsində yollarda çoxlu sayda heyvanın, xüsusən it və pişiklərin öldürülməsindən şikayət edib. Onun sözlərinə görə, demək olar ki, hər gün Quba rayonunun Amsar-Nügədi və Quba-Qəçrəş yolunda bu cür dəhşətli hallara rast gəlmək mümkündür:
Səbuhi Xanlarov özünü reklam etmək üçün arvadını yalandan öldürdü
"Belə uşaqlar gələcəkdə cani olur..." - Valideynlər mütləq oxusunlar
Kompüter oyunları bütün dünyada hər yaş qrupundan olan insanlar arasında geniş yayılıb. Onlar internet vasitəsilə dünyanın hər bir yerindən olan şəxslərlə canlı video oyunları oynayırlar. Hətta bu hal azyaşlı uşaqlar arasında da geniş vüsət alıb. Oynanan oyunların əksəriyyəti isə şiddət tərkiblidir. Bəs görəsən bu cür şiddət məzmunlu oyunlar oynamaq uşaqlar üçün zərərlidirmi və ümumiyyətlə, uşaqların psixologiyasında hansısa mənfi təzahürləri ola bilərmi? Psixoloqla hər bir valideyni narahat edən bu suallara aydınlıq gətirməyə çalışıb.
Sabah Bakıda 34, bölgələrdə 37 dərəcə isti olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Aktrisanı təhqir etdilər: “Bədəni başdan-ayağa...” - VİDEO
“Qərbi Abşeron” yatağında yeni quyu qazılır
“Qərbi Abşeron” yatağında 54 nömrəli stasionar dəniz özülündən 36 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 770 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.
Avtomobil yollarının təhkim zolağında 61 922 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib
Cari ilin 6 ayı ərzində 1600 km magistral, 1824 km respublika, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərib. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 187 241 ədəd, o cümlədən 952 862 ədəd çoxillik ağac mövcuddur.
Prokurorluq Qəbələdəki intiharla bağlı məlumat yaydı
Qəbələ rayon prokurorluğu rayon ərazisində baş vermiş intiharla bağlı məlumat yayıb. “Olaylar” xəbər verir ki, məlumatda bildirilib ki, avqustun 8-də Qəbələ rayonunun Əmirvan kənd sakini 1995-ci il təvəllüdlü Mahmudov Rəvan Mahir oğlunun “Xanlar” istirahət mərkəzinin ərazisində ağacdan özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Müayinədən sonra 8 cütlük evlənməkdən İMTİNA ETDİ - SƏBƏB
Ötən ay nikahdan əvvəl tibbi müayinə nəticəsində 558 nəfərdə talassemiya, 54 nəfərdə siflis, 16 nəfərdə QİÇS aşkarlanıb. Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Onun sözlərinə görə, bu ay ərzində ümumilikdə 17793 nəfər müayinədən keçib.














