Nazirlik araşdırır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. “Olaylar” bildirir ki, şikyət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.  Araşdırma zamanı adıçəkilən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt"inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. "Olaylar" bildirir ki, şikyət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Araşdırma zamanı adıçəkilən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31