Din xadimləri dükanlarda reydlərə başladılar - SPİRTLİ İÇKİLƏRƏ QARŞI...

Məscid axundları satış məntəqələrini gəzərək alkoqollu içkilərə qarşı mübarizəyə başladılar.  Bu haqda Qırğızıstanın “Turmush” nəşri xəbər yayıb. Bu ölkənin Batken vilayətinin Kadamjay rayonunun Mərkəz və Maydan kənd dairələrində imamlar(axundlar)  spirtli içkilər satılan mağazaları gəzərək təbliğat işi aparırlar. Din xadimləri dükan sahiblərinə belə içkilərin satışının  haram olduğunu, bunun xalqa, xüsusən gənc nəslə böyük zərbə vurduğunu və s. anlatmağa çalışırlar. Axundlar məhz alkoqollu içkilər səbəbindən  bir çox cinayətlərin artdığını və ailələrin dağıldığını vurğulayırlar. Din xadimlərinin maarifləndirici işi öz nəticəsini verməkdədir – artıq bir sıra sahibkarlar dükanlarda spirtli içkilər satmayacaqlarını vəd ediblər.

Ailələrin dağılmasına səbəb olan əsas amillərdən biri alkoqol qəbuludur...

Məscid axundları satış məntəqələrini gəzərək alkoqollu içkilərə qarşı mübarizəyə başladılar.  Bu haqda Qırğızıstanın "Turmush" nəşri xəbər yayıb. Bu ölkənin Batken vilayətinin Kadamjay rayonunun Mərkəz və Maydan kənd dairələrində imamlar(axundlar)  spirtli içkilər satılan mağazaları gəzərək təbliğat işi aparırlar. Din xadimləri dükan sahiblərinə belə içkilərin satışının  haram olduğunu, bunun xalqa, xüsusən gənc nəslə böyük zərbə vurduğunu və s. anlatmağa çalışırlar. Axundlar məhz alkoqollu içkilər səbəbindən  bir çox cinayətlərin artdığını və ailələrin dağıldığını vurğulayırlar. Din xadimlərinin maarifləndirici işi öz nəticəsini verməkdədir - artıq bir sıra sahibkarlar dükanlarda spirtli içkilər satmayacaqlarını vəd ediblər.

Xatırladaq ki, bir neçə ildir ki, Qırğızıstanda haram içkilərə qarşı geniş kampaniya başlanıb. Bu günlərdə kəndlərdən  birində sakinlər bütün alkoqollu içkiləridükanlardan yığaraq zibilxanaya  atmışdılar. Moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31