Avtomobil yollarının təhkim zolağında 61 922 ədəd  müxtəlif növ ağac və kol bitkisi əkilib

Cari ilin 6 ayı ərzində 1600 km magistral, 1824 km respublika, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərib. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 187 241 ədəd, o cümlədən 952 862 ədəd çoxillik ağac mövcuddur.

Cari ilin 6 ayı ərzində 1600 km magistral, 1824 km respublika, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərib. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 187 241 ədəd, o cümlədən 952 862 ədəd çoxillik ağac mövcuddur. Ümumilikdə, avtomobil yollarının təhkim zolağında 2017-ci ilin 6 ayı ərzində  61 922 ədəd  müxtəlif növ ağac və kol bitkisi əkilib. Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri Bakı şəhərində 97,3 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 87749  ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Bu yaşıllıq sahələrinə su xətləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.  Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən 8,6 hektar ərazidə yaradılmış 5 tinglik sahəsində yetişdirilən 162 600 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 134150 ədəd ağac və kol bitkisi yetişdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31