Sosial
Söz və media azadlığı demokratik cəmiyyətin əsas elementləridir
Bir qayda olaraq mətbuat cəmiyətin güzgüsü hesab olunur. Cəmiyyətdə, ölkədə, ictimai-siyasi həyatda baş verən proseslər, hadisələri mətbuat işıqlandırır, onu ictimailəşdirir. Mətbuat cəmiyyətə bu və ya digər hadisəni, məlumatı, həyata keçirilən tədbirləri müsbət yöndən də çatdıra bilər, mənfi yöndən də.
Ruhi xəstə dispanserdən qaçdı
Sumqayıt sakini, 33 yaşlı Nəsirov Nicat Ağahüseyn oğlu müalicə aldığı Sumqayıt Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispnserindən qaçıb. Baş həkimi Mayıl Tağıyev ilə əlaqə saxlamağa çalışdı. Lakin baş həkim məzuniyyətdə olduğu üçün məsələ ilə bağlı onu əvəz edən Elizbar Bəbirova müraciət etdik. Onun sözlərinə görə, Nicat avqust ayının 2-si, saat 18:30 radələrində xəstəxanadan qaçıb: "Nəsirov Nicat Hüseynağa oğlu mütəmadi olaraq bizim xəstəxanada yatır. Bizim yeməkxana xəstəxanadan bir az aralı məsafədə yerləşir. Hər gün üç dəfə olmaqla xəstələri oraya yemək üçün aparırıq. Həmin gün də axşam saat 18 radələrində xəstələri yeməkxanaya aparmışdıq.
Qaradağda açıq ərazi yanır
Qaradağda açıq ərazi yanır. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində açıq ərazidə quru ot yanır.
Masallı dağlarında yanğın - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Masallı dağlarında baş verən yanğınla bağlı məlumat açıqlayıb. FHN-in saytının verdiyi məlumata görə, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə müşahidə olunan yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 16:11-də söndürülüb.
Bu şəxslər qəbul imtahanı vermədən UNİVERSİTETƏ DAXİL OLACAQLAR
Hazırda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin təşkililə bağlı normativ sənədlər təsdiq üçün hazırlanıb. Sənədlər təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib.
Milli Qəhrəmanın ailəsi ziyarət edildi
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği” layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun ailəsini ziyarət edib.
Səməd Vurğunun ailəsi "Oba Market"i məhkəməyə verir: "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən"
"Oba" marketlər şəbəkəsinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub. Reklam çarxı Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib. Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb.
Jurnalistlər banklara müraciət etdi: “Ciddi problemlər var”
Dünyada baş verən maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Qlobal böhran ölkəmizin iqtisadi qurumlarının işinə, xüsusilə də bank sektoruna ciddi təsir göstərdi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da banklar demək olar, dövlətin əsas maliyyə sütunlarından biridir. Ölkəmizdəki mövcud bank-müştəri təmaslarında yaranmış durumu nəzərə alaraq Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi (PJB) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bank istehlakçılarının maliyyə savadlılığının artırılmasına dair layihə həyata keçirib.
“Gündəliklər ləğv edilsin, elektron xidmətlərə keçilsin!” - Maraqlı TƏKLİF
Gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də dərsliklərin və tədris vəsaitlərinin keyfiyyətindən asılıdır. Bu baxımdan məktəbli kitabçalarının da önəmini vurğulamaq lazımdır. Zaman-zaman kitabçalarla bağlı müxtəlif narazılıqların, iradların olduğunu görürük.
Tozun miqdarı arta bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. “Olaylar” bildirir ki, buna səbəb yer səthindən tozun havaya qalxması olub.
65 272 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları, peşəyönümü tədbirləri təşkil edib
Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına, peşəyönümü tədbirlərinə ümumilikdə 65 272 nəfər cəlb olunub.
Bakıda müşahidə edilən toz-dumanlı havanın səhhətimizə təsiri ilə bağlı kardioloqdan XƏBƏRDARLIQ
Ölkə ərazisində hava şəraitinin dəyişməsi, temperaturun aşağı düşməsi və tozla müşahidə olunan küləkli hava şəraitinin başlaması bir çox insanlara mənfi təsir edir.
Yuyucu vasitələrin içərisində gizlədilən dərman preparatları müsadirə edilib
Gömrükçülər güclü təsir edən maddələrin ölkəyə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, 12 ədəd yuyucu vasitənin içərisində, ümumi sayı 1250 ədəd olan "T-Dol-200 Tramadol Hydrochloride Tablets 200 mq" adlı dərman preparatı aşkar edilib.
Sosial mənzillərdə işlər nə yerdədir?
“Güzəştli mənzillərin tikildiyi Yasamal yaşayış kompleksində işlər davam etdirilir. Ərazidəki ilk yaşayış binası və 3 mərtəbəli ümumtəhsil məktəbində son tamamlama işləri aparılır”.














