Yuyucu vasitələrin içərisində gizlədilən dərman preparatları müsadirə edilib
Gömrükçülər güclü təsir edən maddələrin ölkəyə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, 12 ədəd yuyucu vasitənin içərisində, ümumi sayı 1250 ədəd olan "T-Dol-200 Tramadol Hydrochloride Tablets 200 mq" adlı dərman preparatı aşkar edilib.
10 Avqust 2017 14:17 SosialGömrükçülər güclü təsir edən maddələrin ölkəyə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, 12 ədəd yuyucu vasitənin içərisində, ümumi sayı 1250 ədəd olan "T-Dol-200 Tramadol Hydrochloride Tablets 200 mq" adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan 1250 ədəd dərman preparatında tramadolun təsiredici maddəsinin ümumi miqdarı 250 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.