Masallı dağlarında yanğın - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Masallı dağlarında baş verən yanğınla bağlı məlumat açıqlayıb. FHN-in saytının verdiyi məlumata görə, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə müşahidə olunan yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 16:11-də söndürülüb.
10 Avqust 2017 17:21 SosialFövqəladə Hallar Nazirliyi Masallı dağlarında baş verən yanğınla bağlı məlumat açıqlayıb. FHN-in saytının verdiyi məlumata görə, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə müşahidə olunan yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 16:11-də söndürülüb.
Ətraflı məlumat veriləcək.
***
Masallı dağlarında yanğın başlayıb.
FHN xəbər verir ki, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində saat 10:50-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir. Əlavə məlumat veriləcək.