Sosial

“Hər bir millət vəkili..”

11 Avqust 2017 11:29

“Milli Məclis deputatının etik davranış qaydaları haqqında Qanun parlamentin fəaliyyəti ilə bağlı əhəmiyyətli bir neçə qanunlardan biridir və hər bir millət vəkili bu Qanunun tələbləri və müddəaları ilə yaxından tanış olmalıdır”.

Azərbaycanda isti havalardan sonra quraqlıq gözlənilirmi?

11 Avqust 2017 11:24

Azərbaycanda havaların həddən artıq isti keçməsi ilə əlaqədar ölkə ərazisindəki çaylarda quraqlığın yaranması gözlənilmir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. A.Verdiyev bildirib ki, son günlərdə ölkədə hava şəraitinin isti keçməsi və buxarlanmanın olması çaylara, xüsusən də dağ çaylarına öz təsirini göstərib: “Azərbaycanda bu cür hallar olub, 2014-cü ildə, ondan əvvəllər də belə hadisələr olub, ancaq artıq bu gün və sabah hava şəraitinin nisbətən yağıntılı keçməsi ilə əlaqədar çaylarda sululuğun artımı gözlənilir”. 

Ölüm xəbəri yayılan aktrisa ilə bağlı - ŞOK Təfərrüatlar

11 Avqust 2017 11:11

Türkiyədə dünyası dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatındadır. Bu barədə aktrisanın xalası qızı Rübabə Səfərova açıqlama verib. Onun sözlərinə görə, Mila Əminənin yenidən həyata qayıtması üçün möcüzə gözləyirlər: "İki həftədir ki komada olan xalamqızı dünən səhər kliniki ölüm keçirib. Hazırda süni nəfəs aparatındadır.

Bakıda iri ticarət obyektində yanğın olub - YENİLƏNİB

10 Avqust 2017 21:38

Yanğın bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərdiyi birmərtəbəli binada baş verib. Nəticədə binanın dam örtüyü yanıb. Dövlət Yanğından Mühafizə Xidməti рadisə yerində qərargah yaradılıb. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Yanğının baş vermə səbəbləri araşdırılır. 

1550 manat cərimələndi

10 Avqust 2017 21:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Xaçmaz rayon sakini Telman Quliyev tərəfindən Əhmədoba kənd ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. "olaylar"bildirir ki, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.  Sözügedən əraziyə keçirilən baxış zamanı 28-32 sm diametrliyində yaşköküstə 2 ədəd qovaq ağacının qanunsuz olaraq kəsildiyi aşkar edilib.

Şikayət təsdiqini tapmadı

10 Avqust 2017 21:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Salyan rayonu Qarabağlı kənd sakini Hüseyn Mustafayev tərəfindən kənd ərazisində yerləşən istixanalardan çıxarılan tullantıların yandırılması və kəskin iyin yayılması ilə bağlı şikayət daxil olub. Nazirlikdən "Olaylar" - a bildirilib ki,  şikayət Nazirliyin əməkdaşları və Qarabağlı bələdiyyə nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb. Araşdırmada iştirak etmək üçün şikayətçi H.Mustafayevlə əlaqə saxlanılıb, lakin o, iştirakdan imtina edib. 

Çin azərbaycanlı tələbələrin gözü ilə

10 Avqust 2017 20:17

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin azərbaycanlı tələbələrin gözü ilə” adlı tədbir keçirilib. Universitetdən "Olaylar"- a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin cəmiyyətinin psixologiyasının formalaşmasının xüsusiyyətləri, çinlilərin düşüncələrində konfutsiçiliyin və ənənələrin rolundan söz açıb. R.Abbasov “Çin arzusu” ideoloji konsepsiyası haqqında da danışıb. O, bildirib ki, bu konsepsiya Çində milli dirçəliş və ədalətli cəmiyyət quruculuğu barədə çoxəsrlik fikirləri əks etdirir. R.Abbasovun sözlərinə görə, bu konsepsiyanın əsasında milli vətənpərvərlik ruhu və islahatlar dayanır.

Üzərkən qulağınıza su dolub? – BELƏ TƏMİZLƏYİN

10 Avqust 2017 19:55

Qulağa su dolması, üzməyi sevən bir çox insanın tez-tez başına gələn bir hadisədir. Üzərkən qulağın suyun içinə girməsi normal haldır və bu zaman qulağa bir qədər su dolması qaçınılmaz olur.  

Zəka inkişafında unun faydası

10 Avqust 2017 19:31

UNICEF-in qida sektorunun eksperti Vilma Tyler, un ilə hazırlanan məhsulların uşaqların zəka səviyyələrində artım təmin etdiyini bildirib. Beynin davamlı qlükozaya ehtiyacı olduğundan taxıllardakı liflər bədəndə qlükozanı nizamlayır. Tərkibindəki B qrup vitaminlər sinir sisteminə müsbət təsir göstərir.

Saçları hər gün yumaq zərərlidir?

10 Avqust 2017 19:26

Bəzən çox yağlıdır deyərək hər gün saçlarını yuyan insanlara həkimlər saçlarını hər gün yumamağı məsləhət görürlər. Həkimlər saçları hər gün yumağın saçlara mənfi təsir edəcəyini hər gün yumaqla saçlar yağlılığını itirməz və bununla yanaşı dəridəki qoruyucu bakteriyalar yox olar nəticədə saç tğkülməsi və kəpəklənmə baş verər. Qoruyucu bakteriyalar yox olmaqla yanaşı həmçinin dəridə ziyanlı bakteriyaların yaranmasınada yol aça bilər. Həkimlər saçları həftədə 3 dəfə çox da isti olmayan ilıq su ilə yuyulmasının daha keyfiyyətli oladuğunu bildirmişlər. Eyni zamanda saça vurulan jele və digər bu kimi kimyəvi maddələrin saçda uzun muddət qalması saçların kökünü zəiflədərək saç tökülməsinə səbəb olur.

Paytaxtda 200 kvadratmetr sahədə karton qutular və şüşə taralar yanıb

10 Avqust 2017 18:50

Bakının Qaradağ rayonu ərazisində 200 kvadratmetr sahədə karton qutular və şüşə taralar yanıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən xəbər verir.

Azərbaycan və Rusiya gömrükçüləri arasında növbəti işçi görüşü

10 Avqust 2017 18:36

Avqustun 10-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib.